• $
  • €
  • ₽
  • ₺
  • £

Trampın yeni qərarı ölkəni ayağa qaldırdı - Obamadan SƏRT REAKSİYA

Trampın yeni qərarı ölkəni ayağa qaldırdı - Obamadan SƏRT REAKSİYA
06.09.2017 14:20
ABŞ Prezidenti Donald Trampın gənc qaçqınlara yardım kampaniyasını ehtiva edən "DACA” (Deferred Action for Childhood Arrivals) proqramını ləğv etmə qərarı ölkədə genişmiqyaslı etirazlara və iğtişaşlara səbəb olub.

Publika.az xəbər verir ki, hazırki prezidentin bu qərarına xələfi Barak Obama da reaksiya verib.

B.Obama bu qərarın gənclər üçün olduqca yanlış olduğunu deyib:

"Bu, gənclərə edilmiş ən böyük pislikdir. Onlar bizim gələcəyimizə pay verəcəklər, uşaqlarımızla birlikdə bu ölkəyə xidmət edəcəklər”.

Sabiq prezident konqresin üzvlərinə səslənərək gəncləri qorumaq üçün əllərindən gələni etmələrini tələb edib.

Prqoramın ləğvi Amerika xalqını olduqca hiddətləndirib. Nyu-York şəhəri başda olmaqla, ölkənin əksər bölgələrində xalq küçələrə axışıb. Ağ Ev önündə toplaşan etirazçı kütlə "Tramp istefa”, "İrqçi Tramp” sloqanları səsləndiriblər.

Polis prezidentə qarşı keçirilən etiraz aksiyalarında 34 nəfəri həbs edib.

Qeyd edək ki, D.Tramp B.Obamanın prezidentliyi dövründə qüvvəyə minən, gənc qaçqınlara iş və təhsil sahəsində yardım etməyi təmin edən "DACA” proqramını ləğv edib. 6 ay müddətində konqres bu qanunun yerinə hər hansı bir layihə təqdim etməsə, 800 000 qaçqın ABŞ-dan deportasiya ediləcək.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol