• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda cinsi bilinməyən uşaq doğuldu

Azərbaycanda cinsi bilinməyən uşaq doğuldu
07.09.2017 14:54
Azərbaycanda qeyri-adi cərrahi əməliyyat həyata keçirilib.

Anews.az bildirir ki, Mərkəzi Klinik Xəstəxananın uşaq cərrahı və uroloqu, uzman Fuad Hüseynovun medicina.az-a verdiyi məlumata görə, əməliyyat rayonlardan birində doğulan və cinsiyyəti ayırd edilə bilməyən uşaq (adı gizli saxlanılır - red.) üzərində aparılıb. 

Onun sözlərinə görə, aparılan xromosom analizləri zamanı uşağın oğlan (46 XY) olduğu müəyyən edilib: "Cinsiyyət orqanı əyri, ölçüsü isə çox kiçik idi. Sidik kanalının dəliyi xayalığa keçən hissəyə açılırdı.

Uşaq böyüdükcə oturaraq sidiyə gedəcəkdi, cinsi həyatında və ata olmasında ciddi problemlər olacaqdı".

F. Hüseynov körpəni 2 mərhələdə - 10 aylıq və 1,5 yaşında əməliyyat edib. 

"Cinsiyyət orqanı kosmetik olaraq bərpa olundu, sidik ifrazı normallaşdırıldı, artıq körpə normal oğlan uşaqlarından fərqlənmir və gələcəkdə də bir problemi olmayacaq", - deyə cərrah əlavə edib.

Məlumat üçün bildirək ki, bu patologiya hermofraditizm deyil. Hermofraditizm hormon çatışmazlığı və pozulmasıdır. Mütəxəssislər uşaq doğulan kimi körpədə hər hansı cinsi uyğunsuzluq, qüsur və cinsiyyəti sual altında qoyan simptom olarsa, dərhal uşaq uzmanlarına müraciət etməyi tövsiyə edirlər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol