• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dizel yanacağı da bahalaşacaq

Azərbaycanda dizel yanacağı da bahalaşacaq
07.09.2017 16:39
"Aİ 92 markalı benzinin yaxın müddətdə bahalaşması gözlənilmir. Lakin dizel yanacağında qiymət artımının olması ehtimalı böyükdür.”

Bunu BAKU.WS-ə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban son günlər Aİ 92 markalı benzinin və dizel yanacağının bahalaşacağı ilə bağlı yayılan xəbərlərə rəy bildirərkən deyib.

"Aİ-98 super” markalı benzinin qiyməti 10 qəpik bahalaşaraq 1,30 AZN olduqdan sonra digər markalı benzinlərin də qiymətində bahalaşma olacağı ilə bağlı xəbərlər yayılıb.

İlham Şabanın sözlərinə görə, Aİ 92 markalı benzinin qiyməti bu yaxınlarda qalxdığı üçün yaxın müddətdə bahalaşması gözlənilmir.

"Lakin dizel yanacağının bahalaşacağı ehtimalı var. Çünki dizel axırıncı dəfə 2013-cü ildə 45 qəpikdən bahalaşaraq 60 qəpik olub. Çünki Azərbaycanda maraqlı tendensiya var. Qiymət artımının 4-5 ildən bir olduğu müşahidə edilir. Birdən-birə 30-35 faiz bahalaşır. Çox ölkələrdə isə yanacağın qiyməti hər il 3-5 faiz bahalaşır”, - deyə İlham Şaban qeyd etdi.

Yanacağın qiymətində artımın səbəblərinə gəlincə, ekspert qeyd etdi ki, iqtisadiyyatı şaxələnməyən ölkələrdə bu cür qiymət artımları müşahidə olunur.

Tarif Şurasından isə BAKU.WS-ə bildirildi ki, qeyd olunan yanacaqların bahalaşması məsələsi hələ ki, gündəmdə deyil.

"Aİ 92 markalı benzin və dizel yanacağının qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib”, - deyə qurumun mətubat katibi Abbas Əliyev bildirdi.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol