• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən təhlükəli 10 qidası – SİYAHI

Dünyanın ən təhlükəli 10 qidası – SİYAHI
08.09.2017 12:20
ABŞ-ın məşhur sağlamlıq və düzgün qidalanma ilə əlaqəli mövzuları işıqlandıran məşhur eatthis.com portalı insan sağlamlığına zərər verən ən təhlükəli 30 qidanı müəyyənləşdirib.

anews.az Modern.az-a istinadən həmin siyahının ilk onluğundakı qidaları təqdim edir:

Pop-korn - Xüsusi dəzgahlarda partladılan qarğıdalı ona əlavə olunan yağ, duz və başqa ədviyyatlar səbəbindən insan orqanizminə ciddi zərər vurur. Piylənmə və mədə problemi olanlar pop-korndan qaçmalıdırlar;

Hazır toyuq kotleti (chicken nugget) – Bu təamın insan orqanizmi üçün bir çox zərərləri var. Amma ən təhlükəlisi ona vurulan süni qida boyasıdır.

Kolbasa və sosiska məhsulları - Bu qidaların tərkibinə əlavə edilən məmulatlar bir-biri ilə əlaqəsi olmayan, reaksiyaya girə bilməyən maddələrdir. Bundan əlavə, həddən artıq vurulan duz, istiot və nitrat turşusu ət məmulatı olan kolbasaların olan-qalan vitaminlərini də məhv edir;

Çipsi və peçenye çubuqları - Hər ikisinin hazırlanmasında süni qida boyası və zərərli ədviyyatlardan istifadə olunur. Bu qidalar bədəndəki maddələr mübadiləsinin pozulmasına şərait yaradır. Həzm prosesini ləngidir;

Dadlandırıcı və ətirli qatqılar - Bu, bizdə o qədər də yayılmayıb. Xüsusən, birdəfəlik atma çaylara qatılır ki, rəngini dəyişsin və ona əlavə qoxu, dad versin. Həb formasındadır. Kifayət qədər ziyanverici xassələrə malikdir;

Jelibom və düymə formalı konfetlər -  Uşaqların "bonibon”dediyi həbəoxşar xırda konfetlərin özlərindən qat-qat böyük zərərləri var. İndi də çox satılan bu cür konfetlərdə süni boya, doymuş zərərli yağ qatqıları və ifrat şəkər var ki, bunların üçü də orqanizmi məhv edir;

Qəhvə kremi – Nə yaxşı ki, elit restoran-kafeləri çıxmaq şərti ilə, bizdə çox istifadə edilmir. Əsasən, acı qəhvələrin üzərinə əlavə edilir ki, bu da birbaşa ürəyə, qan-damar sisteminə ciddi təsir göstərir;

Sendviç -  İfrat ədviyyat, duz əlavə edilən sendviç gec həzm olunur, maddələr mübadiləsini pozur;

Marqarin – Yaxşısı budur ki, marqarinin fəsadlarından danışmayaq. Ən yaxşısı istifadə etməməkdir;

Noğul - Müxtəlif rənglərlə boyanmış, bərk şəkərdən ibarət olan noğulun təkcə təyinatı belə zərərlidir.

Çünki adından da göründüyü kimi, bu məmulat süni qida boyası və izafi dərəcədə boyat şəkərdən hazırlanır ki, onların hər ikisi orqanizm üçün zərərlidir. Uşaqları noğuldan uzaq tutmaq məsləhətdir.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol