• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ''26'', o ''26-lar''dan deyilmiş

Bu ''26'', o ''26-lar''dan deyilmiş
08.09.2017 22:44
Bu gün Bakının Səbail rayonu ərazisində, "Sahil bağı” (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən "26” - "Twenty six” adlı kafe bağlanıb. Əraziyə polis qüvvələri, icra hakimiyyətinin işçiləri gələrək kafenin sökülməsi əmrini veriblər. Qısa zamanda kafenin adını bildirən "26" - "Twenty six” lövhəsi sökülüb, ora aid olan əmlak isə maşınlara yığılaraq aparılıb. Kafenin icarədarı polis tərəfindən saxlanılaraq bölməyə aparılıb. 

Kafenin bağlanması birbaşa Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini general-mayor Səhlab Bağırovun müşayəti ilə həyata keçrilib. 

Hətta H. Abutalıbov mətbuat nümayəndələrinə deyib ki, Bakının mərkəzində "26” adlı kafenin açılması yolverilməzdir: "Azərbaycanlıların soyqırımını təşkil edən qatillərin havadarları təəssüf ki, bu gün də yaşayırlar. Bunun nəticəsidir ki, Yazıçılar İttifaqının binasının bir hissəsi icarəyə götürüb, iki mərtəbəli yerdə "26” sözünü nəinki Azərbaycan, hətta ingilis dilində də yazmağa cürət ediblər. Qoy, burada yaşayan erməni havadarları da başa düşsün ki, nə qədər Azərbaycan xalqı var, ermənilərə Azərbaycanda yer yoxdur. Obyektin icarədarları və havadarları da qanuna müvafiq olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar".
Criminal.az bildirir ki, "26" - "Twenty six” əslində erməni ilə, o cümlədən ''26 Bakı komissarı'' ilə bağlılığı yoxdur. "26" - "Twenty six” dünyaca məhşur restoranlar şəbəkəsidir. Həmin şəbəkə dünyanın bir sıra məhşur şəhərlərində fəaliyyət göstərir. 

Görünür, Hacıbnala Abutalıbova "26" - "Twenty six” restoranı barədə dürüst mıəlumat verməyib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol