• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana gələn turistlər bunlardan narazıdır

Azərbaycana gələn turistlər bunlardan narazıdır
11.09.2017 11:45
"Xarici ölkələrdən Azərbaycana gələn turistlərin böyük əksəriyyəti buradan razı gedirlər. Amma onların arasında bəzi şeylərdən narazı qalanlar da var".

anews.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib.

Büronun sözçüsü turistlərin narazı qaldığı həmin məqamları da açıqlayıb: "Biz ölkəmizə gələn turistlərin bir qisminin arasında sorğu keçirmişik. Birincisi, turistlər deyiblər ki, yerli əhalinin ingilis dilini zəif bilməsi onlar üçün sıxıntı yaradıb. İkinci əsas narazılıq nəqliyyatda, xüsusən taksi sürücülərinin yalanları və fırıldaqçılığıdır.

Onlar animatorların sayının azlığından şikayət ediblər. Yəni turistlərin fikrincə, burada onlar üçün əyləncələr azdır. Bundan əlavə, problemlərdən biri bələdçilərin azlığı və keyfiyyəti məsələsidir. Eləcə də, "rent a car", yəni turistlərin avtomobillərin icarəyə götürməsi ilə bağlı problem var. Turistləri narahat edən digər məsələlərdən biri isə ictimai tualetlərin, ayaqyoluların az olması, bəzi yerlərdə isə, ümumiyyətlə, olmamasıdır. Lakin bu problemin aradan qaldırılması üçün artıq konkret təklif verilib və yəqin ki, onun köklü həlli üçün işlər görüləcək".

Mətbuat katibi qeyd edib ki, əslində, bunların heç biri sistemli, ciddi problem deyil: "Bütün bu problemlər, çatışmazlıqların hamısı düzələn şeylərdir. Ümid edirik və biz çalışırıq ki, bütün bunlar yaxın zamanlarda həllini tapsın".
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol