• $
  • €
  • ₽
  • ₺
  • £

DTX-dən “WiFi” ilə bağlı – TÖVSİYƏ

DTX-dən “WiFi” ilə bağlı – TÖVSİYƏ
12.09.2017 20:40
"Azərbaycanın düşmənlə təmas xətti yaşayış məntəqələrinə yaxın məsafədə yerləşib. Bu səbəbdən ordumuzun canlı qüvvəsinin, hərbi texnikasının yerdəyişmələri, əraziyə yeni hərbi texnikaların gətirilməsi əksər hallarda yerli sakinlər tərəfindən müşahidə edilir və bununla da onlar artıq vacib informasiya daşıyıcısına çevrilirlər”.

anews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini İlqar Musayev Ağdam rayonunun Quzanlı qəsəbəsində "Vətəni müdafiəyə daim hazırıq” adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumunda çıxışı zamanı deyib.

İ.Musayev bildirib ki, bu vətəndaşların bəziləri şahidi olduqları hərbi və təhlükəsizlik tədbirləri barədə fikirlərini, yaxud çəkdikləri video və fotoşəkilləri öz yaxınları ilə sosial şəbəkələr və mobil telefon vasitəsilə bölüşürlər: "Bununla da onlar, əslində, düşmənə cəbhə xəttində əməliyyat şəraitini qiymətləndirməyə və ordumuza qarşı qabaqlayıcı tədbirlər görməyə şərait yarada bilən informasiyanın sızmasına səbəb olurlar. Bu cür hallar mülki əhalinin müdafiəsinin etibarlı təşkili və düşmənin təxribatlarının vaxtında qarşısının alınması üçün görülən tədbirlərə zərər vurmaqla yanaşı, döyüş bölgəsində xidmət aparan zabit və əsgərlərin həyatına ciddi təhlükə yaradır”.

DTX rəisinin müavini vurğulayıb ki, ümumiyyətlə, hər bir vətəndaş, xüsusilə təmas xəttinə yaxın yaşayış məntəqələrinin hər bir sakini bu məsələnin məsuliyyətini ciddi şəkildə dərk etməli və dövlət təhlükəsizliyinə zərər vura biləcək hər hansı məlumatların yayılmasından çəkinməlidir: "Araşdırmalar düşmənin Azərbaycanın efir məkanında, həmçinin sosial şəbəkələrdə məlumat toplanmasına xüsusi önəm verdiyini göstərir. Bu səbəbdən vətəndaşların ayıq-sayıq olmaları, cəbhəyanı ərazilərdə yaşayan sakinlərin və xidmətdə olan hərbçilərimizin internet şəbəkələrindən, mobil texnologiyalarından diqqətlə və ehtiyatla istifadə etmələri, xüsusilə düşmən tərəfindən tətbiq edilə biləcək naməlum və açıq "WiFi” efirinə qoşulmamaları tövsiyə olunur. Biz müharibə şəraitində yaşadığımızı qətiyyən unutmamalıyıq”.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol