• $
  • €
  • ₽
  • ₺
  • £

“Whatsapp”da yayılan dini mesajlarla bağlı AÇIQLAMA

“Whatsapp”da yayılan dini mesajlarla bağlı AÇIQLAMA
12.09.2017 17:40
"Whatsapp" vasitəsilə yayılan mesajlar, "bu mesajı 25 nəfərə göndərməsən səni bəla gözləyir və yaxud göndərsən sevinəcəksən" kimi mətnlərin hər hansı dini əsası yoxdur.

İstiPress xəbər verir ki, bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.

O qeyd edib ki, din ağıla və məntiqə söykənir: "Hansısa bir mesajı göndərmədikdə bəla gözləyir demək sağlam düşüncəyə və məntiqə ziddir. Bu, xurafatdır, mövhumatdır və ümumiyyətlə dinə qarşı, insanların inancına qarşı yönəlir. Sovet dövründə də poçtla məktublar şəklində belə mətnlər yayırdılar, indi bu cür mətnləri mesaj formasında göndərirlər".

Ş.Həsənli bildirib ki, ümumiyyətlə İslam dinində hər hansı bir hadisəni pisə yozmaq yoxdur, yəni din nəs anlayışını inkar edir: "Heç kim qətiyyən bu cür mesajlara inanmamalıdır. Əslində bu mesajları yaymaqla biz onu təşkil edənlərin maraqlarına xidmət edirik ki, bu da dini gözdən salmağa yönəlmiş bir addım ola bilər. Bu mesajları yayanların digər məqsədi də insanlar arasında çaşqınlıq, təşviş yaratmaqdır".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol