• $
  • €
  • ₽
  • ₺
  • £

Universitetlərdə dərs deyən nazirlər və deputatlar - SİYAHI

Universitetlərdə dərs deyən nazirlər və deputatlar - SİYAHI
13.09.2017 00:32
Azərbaycanda yüksək vəzifələrdə çalışan bəzi məmurlar, həmçinin deputatlar həm də müxtəlif ali təhsil ocaqlarında dərs deyirlər. 

"Qaynarinfo"nun məlumatına görə, Modern.az saytı bununla bağlı dəqiqləşdirmələr aparmaq üçün bir neçə ali təhsil müəssisəsi ilə əlaqə saxlayıb.
Məlum olub ki, Bakı Dövlət Universitetində (BDU) daxili işlər naziri Ramil Usubov, xarici işlər naziri Elmar Məmmədyarov, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə kimi yüksək postları tutan şəxslər pedaqoji fəaliyyət göstərirlər. Yəni onlar tədris prosesində iştirak edirlər. Eyni zamanda, universitetdə onlarla belə tanınmış şəxs, ali struktur rəhbərləri, akademiklər var. 

Ramil Usubov Hüquq fakültəsinin Dövlət imtahan komissiyasının sədridir. Eyni səlahiyyəti Elmar Məmmədyarov Beynəlxalq münasibətlər ixtisasında, professor A.Paşazadə isə İlahiyyat fakültəsində icra edir.

Milli Məclis sədrinin birinci müavini, professor Ziyafət Əsgərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova, Mərkəzi Seçki Komissiyasının sədri, professor Məzahir Pənahov və bir çoxları BDU-da kafedra müdiridirlər. Milli Məclisin 11 üzvü, AMEA-nın 20 həqiqi və müxbir üzvü BDU-nun  müəllimləridir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) baş nazirin müavini Yaqub Eyyubov İnşaat fakültəsində "Bünövrələr, özüllər və yeraltı qurğular" kafedrasının, Bakı şəhərinin keçmiş baş memarı Elbəy Qasımzadə Memarlıq fakültəsində "Memarlıq layihələndirilməsi və şəhərsalma" kafedrasının, Nazirlər Kabinetinin keçmiş şöbə müdiri İsmayıl Sadıqov Nəqliyyat fakültəsində "Materiallar müqaviməti" kafedrasının müdiridirlər. 

Bundan başqa, Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi - baş memar Akif Abdullayev Memarlıq fakültəsində buraxılış işlərinin müdafiəsi üzrə Dövlət Attestasiya Komissiyasının sədridir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Məclisin deputatı Hüseynbala Mirələmov "Neftin və qazın nəqli və saxlanması” kafedrasının müdiridir.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçmiş maliyyə naziri Əvəz Ələkbərov "Maliyyə və maliyyə institutları”, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev "Beynəlxalq iqtisadi münasibətlər”, deputat Xanhüseyn Kazımlı "Qiymət və qiymətləndirmə” kafedrasının müdirləridir.

Azərbaycan Tibb Universitetində isə  Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov Tərbiyə işləri üzrə prorektor kimi fəaliyyət göstərir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol