• $
  • €
  • ₽
  • ₺
  • £

Atalığından hamilə qalan 12 yaşlı qızdan YENİ XƏBƏR

Atalığından hamilə qalan 12 yaşlı qızdan YENİ XƏBƏR
13.09.2017 10:26
Balakəndə atalığı tərəfindən 12 yaşlı qızın zorlanması və nəticədə hamilə qalması xəbəri ötən ay ölkədə ciddi rezonansa səbəb olmuşdu. Nəticədə Balakən rayon Məhkəməsinin qərarı ilə azyaşlını zorlayıb hamilə qalmasına səbəb olan həmin şəxs Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Anews.az-ın qafqazinfo-ya istinadən xəbərinə görə, qızın hamiləliyinin hələ də pozulmadığı qeyd edilir.

Bu barədə məlumat verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, azyaşlı hazırda həkimlərin tam nəzarəti altındadır: "O, Səhiyyə Nazirliyinin müvafiq xəstəxanalarından birinə yerləşdirilib. Onun hamiləliyinin pozulması barədə qərarı Səhiyyə Nazirliyi verməlidir. Onlar bir dəfə bu barədə yığışıblar, ancaq yekun qərar, yəqin ki, bu günlərdə veriləcək. Qərarın gecikməsinə səbəb isə qaydalarla bağlıdır. Bildiyimiz kimi, hamiləlik 22 həftəni keçdikdən sonra onu pozmaq olmur. Bu azyaşlıda da vəziyyət elədir ki, onun hamiləliyi 22 həftəni keçib. Ancaq anası da birmənalı şəkildə hamiləliyin pozulmasını istəyir.

Bu cür travma almış uşaqlar hər gün psixoloq nəzarəti altında olmalıdır. Ancaq təəssüf ki, xəstəxana rəhbərliyi bizi azyaşlı ilə görüşdürmür. Halbuki qanuna əsasən, onunla görüşmək hüququmuz var”.

K. Ağazadə qeyd edib ki, Azərbaycanda bu hadisə fors-majordur: "Çünki adətən, uşaqlarda zorlanma nəticəsində hamilə qalma faktları 15 və ya 16 yaşları əhatə edib. Ancaq 12 yaşındakı qızın hamilə qalması birinci dəfədir ki, baş verir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol