• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD terrorçularının azərbaycanlı xanımları: Biz qatil deyilik

İŞİD terrorçularının azərbaycanlı xanımları: Biz qatil deyilik
14.09.2017 13:20
Səngimək bilməyən qisas qorxusu və evə dönüşlə bağlı illüzor arzular... "İraq və Şam İslam Dövləti” (İŞİD) mənsubu olan, indisə əsir düşmüş terrorçuların İraqdakı həbsxanalardan kənarda olsalar da, az qala məhbus həyatı yaşayan arvadlarının durumu çox pisdir.

anews.az Milli.Az-a istinadən xəbər verir ki, RT telekanalının hazırladığı reportajda bildirilir ki,  bu qadınların ərləri terrorçulardır, İŞİD üzvləridir və onları qanlı əməllərinə görə ağır cəzalar gözləyir.

Həmin terrorçuların xanımları isə deyirlər ki, terrorçu deyillər, sadəcə, ərlərinin arxasınca Suriyaya və İraqa yollanıblar.

"Biz buraya vuruşmağa yox, yaşamağa gəlmişdik. Biz qatil deyilik”, - İraq ordusunun səhradakı məxfi, qapalı həbsxanalarından birinin həyətində saxlanan qadınlar deyirlər.

İraqın Müdafiə Nazirliyinin verdiyi bəyanata görə, Mosul və Təlafar şəhərləri İŞİD-dən azad ediləndən sonra terrorçuların 1400 nəfər ailə üzvü ələ keçib.

Qadınların əksəriyyəti Türkiyə vətəndaşlarıdır və aralarında postsovet ölkələrindən, o cümlədən Rusiyadan, Tacikistandan, Özbəkistandan və Azərbaycandan olan qadınlar da var.

Bu qadınlar uşaqları ilə birlikdə həbsxananın həyətindəki çadırlarda yaşayırlar.

Qadınlardan biri deyir: "Bizi buraya gətirəndə bir qadın özünü partlatdı. Əsgərlər atəş açmağa başladılar”.

İŞİD terrorçusu olan əri Mosulda öldürülmüş başqa qadın isə ağlayaraq söyləyir: "Evə qayıtmaq istəyirəm. Buraya təsadüfən gəldim. Gerçəkdən də, evə dönmək istəyirəm. Yalvarıram, məni buradan çıxarın".

Həbsxananın yeri açıqlanmır, çünki ailə üzvlərini və yaxınlarını İŞİD terrorçuları qətlə yetirmiş iraqlılar ələ keçmiş qadınlarla uşaqlardan qisas ala bilərlər.

Həbsxananın həyətindəki çadır düşərgəsi BMT-nin nəzarətindədir.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol