• $
  • €
  • ₽
  • ₺
  • £

Bir neçə vəzifəli şəxs məhkəmə zalından həbs edildilər

Bir neçə vəzifəli şəxs məhkəmə zalından həbs edildilər
14.09.2017 15:49
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Bilal Məmmədov, Anar Nağdıyev və Xalidə Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə B.Məmmədov 8 il 6, A.Nağdıyev 8 il azadlıqdan məhrum edilibilər. Onlar məhkəmə zalında həbs ediliblər.
X.Mirzəyev barəsində isə 2 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza təyin edilib.
İstintaqla müəyyən edilib ki, 2012-ci ilin fevral ayından başlayaraq 2014-cü ilin may ayınadək "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt filialının vəzifəli şəxsləri tərəfindən qurumun tabeliyində olan idman bölmələri üzrə ezamiyyə səfərləri, təlim-məşq toplanışlarına pul vəsaitlərinin xərclənməsinə dair tərtib olunmuş sənədlərə tədbirlərə faktiki xərclənmiş pullardan artıq vəsaitin xərclənməsi barədə bilə-bilə yalan məlumatlar daxil etməklə məşqçi müəllimlərin kart hesablarına köçürülməsi və kassa məxaric orderləri əsasında onların adına rəsmişləşdirilməsi təşkil edilməklə 115.395,2 manat büdcə vəsaiti mənimsənilib.

B.Məmmədov və A.Nağdıyev barəsində Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb, barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. X.Mirzəyeva barəsində isə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs qismində dindirilən Bilal Məmmədov ifadəsində 2010-2014-cü illər ərzində "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt filialının direktoru vəzifəsində çalışdığını, məşqçi müəllimlərə filialın direktor müavini Anar Nağdıyev tərəfindən nağd qaydada pul vəsaitlərinin verilməsindən xəbərsiz olduğunu, məşqlər və yarışlar zamanı hər hansı müəllimdən əməkhaqqı kartını almadığını, əməkhaqqı kartlarından pul çıxarmadığını göstərib.
Anar Nağdıyev də ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, 1996-2005-ci illər ərzində 1 saylı Uşaq Gənclər İdman Məktəbində baş məşqçi, 2005-2015-ə qədər isə "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt filialında direktor müavini işlədiyini göstərib. Direktor müavini il ərzində keçiriləcək və filialın iştirak edəcəyi yarışların cədvəlini, ilkin smetanı hazırladığını, bunun əsasında filiala pul ayrıldığını bildirib.

Təqsirləndirilən Xalidə Mirzəyeva ona elan olunan ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində əvvəllər baş mühasib, 2013-cü ildən etibarən isə kadrlar üzrə mütəxəssis vəzifəsində işlədiyini, həmçinin əməkhaqqı almadan xəzinədar vəzifəsini icra etdiyini göstərib.
X.Mirzəyeva ifadəsində göstərib ki, B.Məmmədovun əmri ilə filialda xəzinədar işlədiyi zaman əməkhaqqı kartından başqa onun adına əlavə kart sifariş olunub. Həmin karta 52.237,49 manat pul köçürülüb. Pulları alan kimi onları kartla birlikdə B.Məmmədova təhvil verib. Həmin məbləğ direktorun otağındakı seyfdə saxlanılıb.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol