Bakıda 10 yaşlı qızı 9-cu mərtəbədən atdılar

Paytaxtın Binəqədi rayonunda qəribə hadisə olub. 10 yaşlı uşağın 9-cu mərtəbədən atıldığı iddia olunur.
"Qafqazinfo”nun Xəzər TV-yə istinadən məlumatına görə, hadisə avqustun 26-ı axşam saatlarında Rəsulzadə qəsəbəsində baş verib.
10 yaşlı Aytən Mehdiyeva deyir ki, naməlum 1 kişi və 1 qadın onun ağzına keyləşdirici ilə isladılmış parça tutaraq evin qapısının ağzından götürüb 9-cu mərtəbəyə çıxarıblar. Yuxarı çıxan zaman o, anlaqlı vəziyyətdə olub.
Zərərçəkmişin sözlərinə görə, müqavimət göstərməsinə baxmayaraq onu 9-cu mərtəbədən aşağı atıblar. Uşaq 1 saylı Şəhər Kiliniki Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.
Uşağın atası Zaur Mehdiyev deyir ki, düşmən münasibətində olduğu bir adam yoxdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























