• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Azərbaycan-Fransız Universitetinin yeni binasının açılışı olub

Bakıda Azərbaycan-Fransız Universitetinin yeni binasının açılışı olub
15.09.2017 18:40
Tədbir çərçivəsində UFAZ Fondunun yaradılması barədə müqavilə imzalanıb.

Bakıda Azərbaycan-Fransız Universitetinin (UFAZ) yeni binasının açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycan təhsil naziri Mikayıl Cabbarov, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan və Fransanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin Araşdırmalar və innovasiyalar şöbəsinin baş sirektoru Alen Berets, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Strasburq Universitetinin vitse-prezidenti İren Jakoberger, Fransanın Azərbaycandakı səfiri Oureliya Buşez iştirak ediblər.

Mikayıl Cabbarov bildirib ki, iki ölkə arasında əlamətdar günlərdən biridir: "Ölkələr arasında əlaqələrin qurulmasında təhsilin rolu danılmazdır. Bu ilin qəbul imtahanlarında UFAZ-a müraciət edənlərin sayında artım olub".

Jan-Batist Lömuan Azərbaycanda səfərdə olmaqdan məmnun olduğunu deyib: "Yeni tədris ilində sizlərdən böyük ümidlər gözləyirik. UFAZ üçün ayrılan tarixi bina siyasi iradənin bir nəticəsi kimi özünü büruzə verir. Fransada ən böyük zənginlik insan biliyidir. Hər iki tərəf birgə çalışmalıdır ki, gənclər yüksək səviyyədə təhsil ala bilsinlər".

Bundan sonra Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Strasburq Universiteti və Fransanın Kimya Tədqiqatlar Fondu ilə birgə UFAZ Fondunun yaradılması barədə müqavilə imzalanıb. Bu Fond Fransa, Azərbaycan və beynəlxalq şirkətlərə UFAZ-ın gələcək inkişafı və onun tədqiqat fəaliyyətinə dəstək vermək imkanı yaradacaq.

Qeyd edək ki, UFAZ 2017/2018 tədris ili ərzində Kimya, Geofizika, Kompüter və Neft-qaz mühəndisliyi ixtisasları üzrə bakalavr proqramında 283 tələbəyə (onlardan 240 nəfər dövlət təqaüdü alacaq) təhsil vermək niyyətindədir.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol