• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı oliqarxın oğlu birgə yaşadığı qadını iki uşaqla küçəyə atıb

Azərbaycanlı oliqarxın oğlu birgə yaşadığı qadını iki uşaqla küçəyə atıb
16.09.2017 08:59
Bir vaxtlar milyardların və fantasitk dəbdəbənin içərsində üzən azərbaycanlı oliqarx Telman İsmayılovla bağlı qalmaqallar bitmək bilmir. Virtualaz.org xəbər verir ki, ötən gün Moskvada Telman İsmayılova məxsus 12 obyektdə axtarışın aparılmasından və onun adının qardaşının sifariş etdiyi deyilən qətllərdə hallandırılmasından sonra bu dəfə biznesmenin oğlu ilə bağlı sensasion fakt üzə çıxıb. "360” telekanalı xəbər verir ki, Telman İsmayılovun oğlu Sərxan neçə ildir vətəndaş nigahında birgə yaşadığı qadını iki uşaqla küçəyə atıb, onlara sahib durmur.

Telekanalın reportajında deyilir ki, dörd il əvvələ qədər Yekatrina adlı bu qadın Sərxan İsmayılovun vətəndaş nigahında yaşadığı arvadlı və onun iki uşağının-qızının və oğlunun anası idi. Və qadın malikanədə, çoxsaylı qulluqçuların əhatəsində dəbdəbə içərisində yaşayırdı. 2015-ci ildə Telman İsmayılovun biznesi ilə bağlı problemləri başlayanda Sərxan Yektatrinaya malikanədən kiçik mənzilə köçməyi təklif edib. Daha sonra qadını ümumiyyətlə atıb və uşaqlarını oğurlayıb, onun razılığı olmadan aparıb və 4 ay sonra qaytarıb.

Hazırda gənc qadın iki uşağı ilə birlikdə Moskvaətrafında kilsənin nəzdindəki kiçik otağa sığınıb, kilsənin bufetində işləyir və ayda 250 dollar (15 min rubl) maaşla yarıac dolanır. Qadın deyir ki, təsadüfən İsmayılovlar ailəsinin mülklərindən bir neçəsini onun adına rəsmiləşdirdiklərini öyrənib. Belə ki, bir neçə mülk reyestrdə Yekatrinanın adına qeydiyyatdadır. Qadın bildirir ki, Sərxan İsmayılovdan heç bir kömək ummur, yeganə istəyi uşaqlarının gələcəyini geri qaytarmaqdır. Lap məhkəmə yolu ilə də olsa...
 

Начало:

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol