• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda insident - Maşinisti təhqir etdi, üzünə tüpürdü

Bakı metrosunda insident - Maşinisti təhqir etdi, üzünə tüpürdü
18.09.2017 10:09
Dünən saat 14:30 radələrində Bakı metrosunda insident baş verib. Belə ki, metronun "28 May" stansiyasında gənc xanımın bir qolu metroya daxil olarkən, vaqonun qapıları arasında qalıb. Maşinist hadisədən xəbərsiz olduğu üçün qatarı işə salıb. Vaqonda olan digər sərnişinlər dərhal qadının imdadına çataraq, onu xilas ediblər. Bundan bərk qəzəblənən gənc xanım isə metronun "Nizami" stansiyasında düşərək maşinisti təhqir edib. Bu azmış kimi xanım sərnişin maşinistin üzünə də tüpürüb.

Anews.az media24.az-a istinadən xəbər verir ki, maşinist bütün bunların qarşılığında qadına "Çox sağ ol. Hörmətin artıq olsun" deyərək yoluna davam edib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Oxu.Az-a hadisəni təsdiqləyib.

Şöbə rəisi bildirib ki, sərnişinin vaqondan gec düşməsi insidentə səbəb olub.

"Maşinist qapıların bağlanması haqqında elan verib və sonra qapılar bağlanıb. Amma həmin sərnişin vaqonu gec tərk etdiyindən, qolu qapının arasında qalıb. Maşinist dərhal qapıları yenidən açıb”.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol