• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili: Bakı kəndlərində qızlara qadağa qoyulub

Millət vəkili: Bakı kəndlərində qızlara qadağa qoyulub
18.09.2017 16:00
"Bu gün Bakıətrafı kəndlərdə valideyn 14-15 yaşında olan qızını məktəbdən çıxarıb, nişanlayır. Əvvəl qızı daha erkən yaşda ərə verirdilər, indi isə qanunvericilik sərtləşdirildiyindən qızı 2-3 il nişanlı saxlayıb, toy edirlər”. 

anews.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında millət vəkili Gövhər Baxşəliyeva deyib.

Deputat bildirib ki, hazırda ən ucqar kəndlərdə belə qızları oxudurlar, qızlar 11-ci sinfi bitirib, ali məktəbə qəbul olur: "Amma Bakı kəndlərində qızlara qadağa qoyulub. Bunun səbəbini soruşduqda isə cavab olaraq, "əgər biz qızı məktəbə göndərsək, kənd camaatı bizi qınayar” deyirlər. Biz bu stereotipi ləğv etməliyik. Bununla razılaşmaq olmaz. Bütün klassiklər də ilk növbədə anaların savadlı olmasını vurğulayıb. Əgər biz gələcək üçün yüksək təhsilli nəsil haqqında danışırıqsa, ilk növbədə, o nəslin anası təhsil almalıdır. Bu gün qarşılaşdığımız problemlər, eləcə də, Nardarandakı problemlər də belə hadisələrlə bağlıdır”. 

G.Baxşəliyeva təklif edib ki, həmin kəndlərin daxil olduğu rayonların icra başçıları və təhsil şöbələri, oranın məktəb müəllimləri ilə danışaraq tədbirlər keçirilsin:
 
"Sovet dövründə kim dərsə getmirdisə, müəllimlər bir-bir evlərə gedib səbəbini soruşardı. Məsələyə ciddi yanaşılırdı. İndi nədənsə müəllimlər də, məktəblər də bu məsələnin qarşısında susurlar. Bu hal hətta kütləvi xarakter daşıyır. Bakı kəndlərində "qız uşağı nədir, 8-9-cu sinifdən sonra təhsil almaq nədir” fikri geniş yayılıb. Bu istiqamətdə hər birimizin əməli şəkildə iş görməsinin tərəfdarıyam”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol