• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının 7 rayonunda köhnə binalar sökülür

Bakının 7 rayonunda köhnə binalar sökülür
19.09.2017 16:20
Bakının Suraxanı,  Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarın qəbulundan müəyyən zaman ötür.

Keçən dövr ərzində mütəxəssislər arasında pilot layihə kimi dəyərləndirilən və Bakı şəhərində həyata keçirilən bu böyükmiqyaslı yenidənqurma işləri çərçivəsində hansı addımlar atılıb?

anews.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda 3 rayondan başqa, digər rayonlarda obyektlər tikilir: "Qaradağ, Binəqədi, Sabunçu rayonlarından başqa, qalan 9 rayon  bizə məlumat göndərir. Yəni  ərazilərin baş planları bizimlə razılaşdırılır.  Bu rayonlardan məlumatımız olsa da, qeyd edilən digər 3 rayonla bağlı hər hansı informasiyamız yoxdur. Çünki Nazirlər Kabinetinin 86 nömrəli  qərarı ilə yalnız 9 rayon bizə həvalə edilib.

Hazırda 9 rayon üzrə 44 obyekt tikilir. Lakin Xəzər, Pirallahı rayonunda hələ ki pilot layihələrə başlanılmayıb. Həmin ərazi uzaq məsafədə yerləşdiyi və orada investor olmadığı üçün tikinti yoxdur. 

Qalan 7 rayonda isə qeyd edildiyi kimi, işlər davam edir”.

Pilot layihə ölkəmizdə həyata keçirilən sosial xarakterli tədbirlər içərisində özünəməxsus yer tutur. Belə ki, bu layihənin həyata keçirilməsinin əsas məqsədi müvafiq rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından ibarətdir.   

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol