• $
  • €
  • ₽
  • ₺
  • £

Bu reklamlara qadağa qoyulur

Bu reklamlara qadağa qoyulur
19.09.2017 17:20
Azərbaycanda körpə və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamı ilə bağlı qaydalar dəyişdirilir.

anews.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinin 213-cü maddəsinə (Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulması) əlavə və dəyişiklik təklif edilir.
 
Layihəyə əsasən, məcəllənin 213-cü maddəsinin 0.1.-ci bəndi dəyişdirilərək bu formada verilir: 

"Körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməməsinə, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyinin, ana südünün üstünlüyünün qeyd olunmamasına".
 
Bəndin hazırda qüvvədə olan variantı isə belədir: "süni qida məhsullarının reklamında ana südünün üstünlüyünün qeyd olunmamasına".
 
Bəndin dispozisiyasında cəzalar fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimədir.
 
Bundan başqa maddəyə yeni 0.4.-cü bənd də əlavə olunması təklif edilir. Təklif olunan bənddə qeyd edilir ki, "körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanmasına görə, fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə ediləcək".
 
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol