Yaxın 3 gün ərzində hava necə olacaq?

"Yaxın 3 gün ərzində ölkə ərazisindəki isti və yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir”.
anews.az xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, mülayim cənub – şərq küləklərinin üstünlüyü müşahidə olunacaq, havanın temperaturu Bakıda 30 – 35, bölgələrdə 31 – 36, dağlıq ərazilərdə isə 21 – 26 dərəcə arasında dəyişəcək.
G. Məmmədova qeyd edib ki, sentyabr ayında isti və yağmursuz hava şəraitinin müşahidə olunması ölkə üçün xarakterikdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























