• $
  • €
  • ₽
  • ₺
  • £

Space”də 4 aydır maaş verilmir?

Space”də 4 aydır maaş verilmir?
20.09.2017 17:48
"Space” telekanalının işçiləri Facebook sosial şəbəkəsində maaşların verilməməsindən şikayətləniblər. Telekanal əməkdaşlarının sözlərinə görə, "Space”də 4 aydır - may ayından bəri maaşlar verilmir. Qeyd olunur ki, rəhbərlik problemi teleşirkətin büdcəsində pulun olmaması ilə əlaqələndirir. 

Əhməd Məmmədov adlı əməkdaş isə qeyd edib ki, televiziyaya reklam yerləşdirən şirkətlər də artıq reklam verməkdən imtina edir. 

"Qafqazinfo" Modern.az-a istinadən xəbər verir ki, kanalın  İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Eldəniz Elgün yayılan informasiyaların həqiqətə uyğun olmadığını bildirib:

"Sosial şəbəkədə Əhməd Məmmədov adlı şəxs bu cür məlumatlar paylaşıb. Halbuki, "Space”də elə adam işləmir. Bunlar sadəcə təxribat xarakterli informasiyalardır. Təkcə bu məsələ deyil, başqa mövzularda da eyni addım atanlar olub. Bu məlumatlarla bağlı ciddi araşdırma aparıldı, lakin Əhməd adlı işçimizin olmadığı məlum oldu. Kanalda işləməyən biri buradakı vəziyyətdən necə agah ola bilər?”.

E.Elgün işçilərin maaş probleminin olmadığını vurğulayıb:

"Hazırda kanalda hər şey qaydasındadır. Adətən  sentyabrda yeni mövsümün başlanğıcı olduğu üçün bu cür  təxribatlara əl ataraq kanalların nüfuzuna xələl gətirmək istəyirlər. Biz də bu kampaniyalardan birinin qurbanı olmuşuq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol