• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda oğurluğa görə cəza dəyişir

Azərbaycanda oğurluğa görə cəza dəyişir
26.09.2017 12:47
Azərbaycanda oğurluğa görə cəza sərtləşdirilir. İstiPress-in "report"a istinadla verdiyi məlumata görə, bununla bağlı layihə Milli Məclisə daxil olub. Belə ki, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsinə yeni bənd – 177.4 əlavə edilir.
 
 
Yeniliyə əsasən, özgənin əmlakını gizli olaraq talamaq əməlinə görə və eyni əməllər, mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə 12 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzalandırılır.
 
 
Hazırki qanunvericiliyə görə oğurluğa görə ən ağır cəza 12 ildir.
 
 
Bundan başqa, 177.1 maddəsinin sanksiyasında da dəyişiklik edilir, cərimə ləğv olunur, "2 ilədək müddətə azadlığın məhdudlaşdırılması” cümləsi əlavə edilir. Belə ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq əməlinə görə 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
Hazırki qanunvericilikdə isə sanksiya belədir: "1000 manatdan 2 min manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
177.2 maddəsinin də sanksiyasında dəyişiklik edilir. Hazırki qanunvericiliyə görə, eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə, zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə 4 min manatdan 7 min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dəyişikliyə görə isə, sanksiya belədir: "1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. Beləliklə, bu əməlin cəzası yüngülləşdirilir.
177.3 maddəsinin sanksiyası da yüngülləşdirilir.
Bu əməllər mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalanıdırılacaq.
Maddənin qeyd hissəsi də dəyişdirilir. Belə ki, "Xeyli miqdar” dedikdə 5 min manatdan yuxarı, lakin 50 min manatdan artıq olmayan məbləğ, "külli miqdar” dedikdə 50 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğ, "xüsusi külli miqdar” dedikdə 500 min manatdan yuxarı olan məbləğ başa düşülür.
 
 
Hazırki qanunvericiliyə görə isə belədir: "Xeyli miqdar” dedikdə, üç min manatdan yuxarı, lakin on min manatdan artıq olmayan mAzərbaycanda oğurluğa görə cəza sərtləşdirilir. İstiPress-in "report"a istinadla verdiyi məlumata görə, bununla bağlı layihə Milli Məclisə daxil olub. Belə ki, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsinə yeni bənd – 177.4 əlavə edilir.

Yeniliyə əsasən, özgənin əmlakını gizli olaraq talamaq əməlinə görə və eyni əməllər, mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə 12 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzalandırılır.

Hazırki qanunvericiliyə görə oğurluğa görə ən ağır cəza 12 ildir.

Bundan başqa, 177.1 maddəsinin sanksiyasında da dəyişiklik edilir, cərimə ləğv olunur, "2 ilədək müddətə azadlığın məhdudlaşdırılması” cümləsi əlavə edilir. Belə ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq əməlinə görə 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Hazırki qanunvericilikdə isə sanksiya belədir: "1000 manatdan 2 min manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

177.2 maddəsinin də sanksiyasında dəyişiklik edilir. Hazırki qanunvericiliyə görə, eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə, zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə 4 min manatdan 7 min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişikliyə görə isə, sanksiya belədir: "1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. Beləliklə, bu əməlin cəzası yüngülləşdirilir.

177.3 maddəsinin sanksiyası da yüngülləşdirilir.

Bu əməllər mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalanıdırılacaq.

Maddənin qeyd hissəsi də dəyişdirilir. Belə ki, "Xeyli miqdar” dedikdə 5 min manatdan yuxarı, lakin 50 min manatdan artıq olmayan məbləğ, "külli miqdar” dedikdə 50 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğ, "xüsusi külli miqdar” dedikdə 500 min manatdan yuxarı olan məbləğ başa düşülür.

Hazırki qanunvericiliyə görə isə belədir: "Xeyli miqdar” dedikdə, üç min manatdan yuxarı, lakin on min manatdan artıq olmayan m
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol