• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” “ITU Telecom World – 2017” beynəlxalq sərgisində iştirak etib

“Nar” “ITU Telecom World – 2017”  beynəlxalq sərgisində iştirak etib
29.09.2017 12:42
25-28 sentyabr 2017-ci il tarixləri arasında Cənubi Koreyanın Busan şəhərində "ITU Telecom World – 2017” beynəlxalq sərgisi keçirilib. 25 sentyabr tarixində Busan şəhərinin BEXCO sərgi və konfrans salonunda rəsmi açılış mərasimi keçirilmiş bu mötəbər beynəlxalq tədbir 4 gün davam etib. BMT-nin informasiya-kommunikasiya texnologiyaları istiqaməti üzrə ixtisaslaşmış təsisatı olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə keçirilmiş bu beynəlxalq sərgidə Azərbaycanın İKT nümayəndə heyəti də iştirak edib.
 
Azərbaycan nümayəndə heyətinin tərkibində bu beynəlxalq tədbirdə təmsil olunan "Nar” sərgidə təşkil edilmiş milli pavilyonumuzda özünün ən son nailiyyətləri – müxtəlif məhsul və xidmətlərini dünya ictimaiyyətinə təqdim edib. "Nar” stendində sərgi ziyarətçiləri və qonaqlara operatorun müxtəlif innovativ xidmətləri, tətbiqlər və həllər nümayiş etdirilib.  Bu beynəlxalq forumda iştirak edən "Nar” əməkdaşları sərgi günləri ərzində İKT sahəsinin inkişaf tendensiyalarını müşahidə etmək, beynəlxalq praktikanın yeni istiqamətlərini dəyərləndirmək və geniş təcrübə mübadiləsi aparmaq imkanı qazanıblar.
 
"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol