• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının brendi yaradılır

Bakının brendi yaradılır
02.10.2017 10:30
"Azərbaycanla yanaşı, Bakının özünün də turizm brendi olmalıdır. Hazırda biz Bakının brendinqi ilə məşğuluq. Bundan əlavə, Bakının marketinq strategiyası üzrə işlər görülür. Xüsusən Bakıda biznes strukturları ilə əlaqələr daha da genişləndirilir. Onların turistlər üçün daha cəlbedici olması məqsədilə müxtəlif tədbirlər görülür”.

Oxu.Aanews.akatibi Kənan Quluzadə bildirib. 

Onun sözlərinə görə, hazırda turizm sektorunda bir neçə istiqamət üzrə marketinq, bazarların öyrənilməsi işi aparılır: "Məsələn, tutaq ki, biz Rusiya bazarı deyirik. Amma Rusiya bazarı özlüyündə çox fərqlidir. Məsələn, məlum olub ki, Sankt-Peterburqdan gələn turistlərin tələbatı bir, Moskvadan gələnlərinki başqa, Vladivostokdan gələnlərinki tam fərqlidir. Yəni burada seqmentasiya aparılmalıdır. 

Hazırda bir neçə istiqamətdə, o cümlədən Asiya regionu üzrə, xüsusən Çin, Malayziya və ən böyük müsəlman dövləti olan İndoneziya istiqamətində iş aparırıq. Bundan əlavə, İsraildən gələn turistlərin sayının artırılması üçün işlər görülür".

K.Quluzadə qeyd edib ki, Azərbaycan turizminin təbliğ edilməsi məqsədilə bir neçə istiqamətdə iş aparılır: "Məsələn, Bizim Baltikyanı ölkələrlə, həmçinin Polşa ilə çox sıx əlaqələrimiz var. Biz tərəfdaş olaraq qarşılıqlı şəkildə bir-birimizin turizm potensialı barədə materiallar yayırıq.

Ümumiyyətlə, təbliğatın bir neçə yolu var. Bu, ilk növbədə media vasitəsilə edilir. Bizim vasitəmizlə artıq bütün dünyada məşhur olan "Forbes" jurnalı, "Reuters" agentliyi və s. digər nüfuzlu KİV-lər Azərbaycan turizmi haqqında yazılar yazır, reportajlar hazırlayırlar. Bundan əlavə, büronun artıq MDB məkanında, Türkiyədə, Avropada, ABŞ-da tərəfdaşları var.

Digər istiqamət rəqəmsal marketinq işidir. Biz azerbaijan.travel saytını tam yeni konsepsiyada qurmuşuq. Bu saytın artıq onminlərlə izləyicisi var. Hələlik sayt ingilis və rus dillərindədir, amma gələcəkdə, yəqin ki, prioritet seçdiyimiz istiqamətlətlərə görə digər dillərdə də olacaq”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol