• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərenerji" Strateji Yol Xəritələri çərçivəsində işlərin 75%-ni yerinə yetirib

"Azərenerji" Strateji Yol Xəritələri çərçivəsində işlərin 75%-ni yerinə yetirib
02.10.2017 23:55
​Daha 5 Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatları açıqlanıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) daha beş Strateji Yol Xəritəsinin 2017-ci ilin birinci yarısı üzrə monitorinq və qiymətləndirmə nəticələrini açıqlayıb.
 
"Report" quruma istinadən xəbər verir ki, bunlar milli iqtisadiyyat perspektivi üzrə (1), kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair (2), logistika və ticarətin inkişafına dair (3), maliyyə xidmətlərinin inkişafına dair (4) və kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair (50) Strateji Yol Xəritələridir. 

Məlumatda deyilir ki, Strateji yol xəritələrinin ən yüksək icra göstəricisi milli iqtisadiyyat perspektivi üzrə əldə olunub ki, bu da 62%-ə bərabərdir. Ən aşağı icra göstəriciləri isə kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair, eləcə də telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritələrində qeydə alınıb. Hər iki xəritə üzrə icra göstəricisi 27%-dir.

Bu ilin I yarısında monitorinq və qiymətləndirmə nəticələrinə görə 47 qurumun performansı təqdim edilib. Maliyyə Sabitliyi Şurası və "Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə yaradılan Komissiya üzərinə düşən işləri 100% icra edib. "Azərenerji” ASC 75%, Maliyyə Nazirliyi 69%, Turizm Şurası 67%, Mənzil İnşaatı Dövlət Agentliyi 60%, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 57%, Əmlak Məsələləri Dövlət Komitəsi 53% icra göstəricisinə malikdir. Ümumilikdə 16 qurum 2017-ci ilin birinci yarısı üzrə strateji yol xəritələrində nəzərdə tutulan tədbirlərin 50%-ni, 20 qurum 50%-dən azını və nəhayət 3 qurum isə heç bir tədbiri icra etməyib. 

"Strateji Yol Xəritələri çərçivəsində fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi məqsədilə büdcə qaydalarının parametrləri beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilib və razılaşdırılıb, büdcə qaydaları tətbiq olunacağı təqdirdə dövlət və icmal büdcə göstəricilərinə təsiri və yarana biləcək risklər təhlil edilmiş, habelə proqnoz göstəriciləri hazırlanıb. 

Ortamüddətli Xərclər Çərçivəsinin və nəticəəsaslı büdcə mexanizmlərinin yaradılmasına dair təkliflər hazırlanıb. Makroiqtisadi koordinasiya təmin edilib, məzənnə rejiminin çevikliyi artırılıbr. Bank sektorunun hərtərəfli diaqnostikası aparılıb, kapital çatışmazlığı olan bir sıra bankların restrukturizasiyasına dair tədbirlər planları hazırlanıb. Strateji yol xəritələri çərçivəsində logistika, ticarət, kənd təsərrüfatı, kommunal sektor üzrə bir sıra işlər görülüb” – İİTKM-nin açıqlamasında qeyd edilir.

Monitorinq və qiymətləndirmə qrupu təklif edib ki, investisiya məsələləri ilə bağlı ətraflı təhlillər aparılaraq, dövlət-özəl tərəfdaşlığının daha da inkişaf etdirilməsi, infrastruktur sahələrinin inkişafına özəl sərmayənin cəlbinin stimullaşdırılması istiqamətində Strateji Yol Xəritəsinin tədbirlərinə uyğun olaraq işlər sürətləndirilə bilər. Eyni zamanda, davamlı biznes islahatlarının icrası, "Rəqabət Məcəlləsi”nin qəbulu, institusional islahatların aparılması, kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası, kommunal sektora özəl və xarici investisiya qoyuluşlarının artırılması istiqamətində işlərin sürətləndirilməsi də tövsiyə olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol