• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdən şəhid anasının müraciətinə rəsmi - Münasibət

Nazirlikdən şəhid anasının müraciətinə rəsmi - Münasibət
28.05.2020 22:04
Bir neçə gün öncə "Qafqazinfo”da məcburi köçkün, şəhid anası Füqura Quliyevanın Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə müraciəti dərc olunmuşdu. Həmin müraciətdə şəhid anası evinin qəzalı vəziyyətdə olduğundan şikayətlənirdi. Məsələyə FHN-in münasibəti gecikməyib.

Nazirlikdən "Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, F. Quliyevanın yaşadığı ev fövqəladə hadisə zamanı deyil, fiziki köhnəlmə nəticəsində yararsız hala düşüb.

"29 sentyabr 2017-ci il tarixində  "Qafqazinfo.az” saytında dərc edilmiş "Məcburi köçkün, şəhid anası Füqura Quliyeva evinin qəzalı vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə müraciət edib” başlıqlı məqalə ilə bağlı bildiririk ki, Füzuli rayonunun Yuxarı Dilağarda kəndindən məcburi köçkün, hazırda Füzuli rayonunun Araz Dilağarda kəndində məskunlaşmış şəhid anası olan vətəndaş Füqura Quliyevanın yaşadığı ev fövqəladə hadisə zamanı deyil, fiziki köhnəlmə nəticəsində yararsız hala düşüb. Bu səbəbdən də Füqura Quliyeva aidiyyatı üzrə Füzuli rayon İcra Hakimiyyətinə müraciət etməlidir.

Şəhid ailələrinin mənzillə təmin olunması isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri daxilindədir. F.Quliyeva məcburi köçkün olduğundan müvafiq yaşayış yeri ilə təmin olunması üçün Azərbaycan Respublikası  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməlidir. FHN tərəfindən vətəndaş Füqura Quliyevanın yaşadığı evə baxış keçirilməsi, evin hazırki vəziyyətinin müəyyən edilməsi və bu barədə aidiyyatı dövlət qurumlarının məlumatlandırılması məqsədilə Komissiya yaradılıb”, - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, F. Quliyevanın oğlu Natiq Quliyev 1992-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol