• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan vətəndaşlığı neçəyədir?

Azərbaycan vətəndaşlığı neçəyədir?
29.05.2020 06:54
"Azərbaycan qanunvericiliyinə müvafiq olaraq, bütün lazımi normalara riayət olunduğu halda, Azərbaycan vətəndaşlığını almaq olar. Belə ki, əgər bir şəxs Azərbaycan iqtisadiyyatına 50 mln. manat yatırım etsə, bizim ölkənin vətəndaşlığını sadələşdirilmiş sistemlə ala bilər”.

anews.az-ın məlumatına görə, bunu Echo.az-a Dayanıqlı inkişaf tədqiqat mərkəzinin sədri Nəriman Ağayev deyib.

Onun sözlərinə əsasən, bu zaman investor Azərbaycanda daimi yaşayış hüququ əldə etmiş olur. 

"Ona görə də Azərbaycan vətəndaşlığını "satmağa” ehtiyac yoxdur. Lakin bu yolla xarici investorları ölkəmizə cəlb etmək olar. Məsələn, ölkədə bu və ya digər layihənin həyata keçiriləcəyini elan etmək və xarici investorlar tərəfindən maraq olduqda, onlara investisiya qarşılığında vətəndaşlıq təklif etmək olar”.

Qeyd edək ki, qanuni əsaslarla ölkəmizin ərazisində son beş il ərzində yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycanın Konstitusiya və qanunlarına riayət edən, dövlət dilini bilməsi haqqında müvafiq sənədləri təqdim edən xarici vətəndaşlar, yaxud vətəndaşlığı olmayan şəxslər irqindən və milliyyətindən, cinsindən, təhsilindən, dini mənsubluğundan, siyasi və digər baxışlarından asılı olmadan, qanunvericiliyə müvafiq olaraq, öz ərizəsi əsasında Azərbaycan vətəndaşı ola bilərlər.

Migration.gov.az saytının yaydığı məlumata görə, şəxsə vətəndaşlığın verilməsi, Azərbaycan Respublikasının vətəndaşlığının bərpa edilməsi, yaxud dayandırılması Azərbaycan Respublikasının prezidentinin müvafiq sərəncamı əsasında mümkündür.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol