• $
  • €
  • ₽
  • ₺
  • £

Yağışlar cənub bölgəsini iflic etdi – FOTO

Yağışlar cənub bölgəsini iflic etdi – FOTO
05.10.2017 14:20
Hazırda Astara rayonunun 83 yaşayış məntəqəsində işıq yoxdur.

Son günlər yağan intensiv yağışlar nəticəsində ölkəmizin cənub bölgəsində bir sıra fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub. Çaylarda suyun səviyyəsi artdığından sel suları yaşayış məntəqələrində problemlər yaradıb. Əhaliyə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

anews.az-ın məlumatına görə, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev AZƏRTAC-a bildirib ki, Astaraçayın məcrasından çıxması nəticəsində rayonun Suparibağ inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Rüdəkənar, Məscidməhəllə və Qapıçıməhəllə kəndlərinin ərazisində həyətyanı sahələri su basıb. Gecə saatlarında 75 ailə həmin kəndlərdən təxliyyə edilib.

Gecə saatlarında rayondakı Pensər çayının məcrasından çıxması nəticəsində Şağlazüzə, Xıçəso və Şəmətük kəndləri ilə əlaqə kəsilib. Şağlazüzə kənd tam orta məktəbinin ərazisində uçqun baş verdiyindən uşaqların məktəbə gəlməsi məhdudlaşdırılıb.

Rayonun Deqədi-Pəlikəş avtomobil yolunda torpaq sürüşməsi baş verib.

Hazırda Astara rayonunun 83 yaşayış məntəqəsində işıq yoxdur.

Masallı rayonunda isə Boradigah çayının məcrasından çıxması səbəbindən Boradigah qəsəbəsində yüzə yaxın yaşayış evinin həyətyanı sahəsi, bəzi evlərin zirzəmiləri su altında qalıb. Əraziyə ağır texnikalar və canlı qüvvə cəlb edilib.

Rayonun Təklə və Xırmandalı kəndlərində də sel suları həyətləri basıb. Rayonun Köhnə Zuvand kəndində torpaq sürüşməsi nəticəsində kənd yolunun bir hissəsi sıradan çıxıb.

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlının verdiyi məlumata görə, qısa müddət ərzində yağış suları texnikaların köməyi ilə ərazidən çəkilib. Təbii fəlakətin yaşayış məntəqələrində yaratdığı problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

İntensiv yağan yağışlar nəticəsində Lənkəran çayı da daşıb, rayonun Sütəmurdov kəndində onlarla evi su basıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, 10-a yaxın ailənin təxliyyəsi həyata keçirilib.

Lənkəran-Lerik yolunda baş verən torpaq sürüşməsi yolun bağlanmasına səbəb olub. Lerik Rayon Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, nəqliyyatın hərəkətini təmin etmək məqsədilə rayon yol-istismar idarəsinin ağır texnikası və canlı qüvvəsi əraziyə gətirilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvə və texnikası müvafiq xilasetmə işlərinin aparılması üçün yağıntı suları ilə dolmuş ərazilərə cəlb olunublar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol