• $
  • €
  • ₽
  • ₺
  • £

Las-Veqasda 59 nəfəri öldürən şəxsin sevgilisi bəyanat yaydı

Las-Veqasda 59 nəfəri öldürən şəxsin sevgilisi bəyanat yaydı
05.10.2017 16:40
Oktyabrın 2-də Las-Veqasda musiqi festivalında terror aktı törədən 64 yaşlı Stiven Peddokun rəfiqəsi Merilu Denli hadisədən sonra ilk dəfə bəyanat yayıb.

anews.az APA-ya istinadən xəbər verir ki, o, vəkili vasitəsilə yaydığı bəyanatda Stivenin planlarından xəbərsiz olduğu bildirib.

"O, mənə nəsə deməyib. Elə bir hərəkəti olmayıb ki, pis nəsə edəcəyinə dair şübhəm yaransın. Heç vaxt ağlıma gəlməzdi ki, o, kiməsə qarşı belə zorakılıq planlaşdırır. Mən onu sevirdim, ömrümün qalan günlərini onunla birdə keçirmək istəyirdim”, - deyə M. Denli qeyd edib.

M. Denli əlavə edib ki, Stiven hadisəni törətməmişdən iki həftə əvvəl ona Filippinə gedib, ailəsinə baş çəkməsi üçün bilet alıb: "Açığı, onun bu hərəkəti məni şübhələndirdi. Lakin şübhəm ancaq onunla bağlı idi ki, Stiven mənimlə münasibətlərə son qoymaq istəyir. Ağlıma başqa heç nə gəlmədi". 

O da məlum olub ki, M. Denli Filippində qaldığı müddətdə Stiven ona 100000 dollar göndərib.

Qeyd edək ki, M. Denli oktyabrın 3-də Filippindən Los-Ancelesə qayıdıb. Federal Təhlükəsizlik Xidmətinə könüllü təslim olub. Las-Veqas Polis Departamentindən bildirilib ki, qadın saxlanılmayıb. Sadəcə, istintaq onun ifadəsini alıb.

Oktyabrın 2-də Las-Veqasda baş vermiş terror aktı nəticəsində 59 nəfər ölüb, 500-dən çox insan yaralanıb. Hadisəni törədən yerli sakin Stiven Peddok polisin əlinə keçməmək üçün özünü öldürüb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol