• $
  • €
  • ₽
  • ₺
  • £

Dərsliklərdə ciddi səhv – FOTOLAR

Dərsliklərdə ciddi səhv – FOTOLAR
05.10.2017 18:20
"3-cü sinifdə oxuyan uşaq bir neçə testi həll etmək üçün məndən kömək istədi. Testlərə baxdım və heyrətləndim. Belə şeylərə bəzən əhəmiyyətsiz xırdalıq kimi baxırıq. Amma bütün bədbəxtliklərimiz bunlardan başlayır deyə, ictimailəşdirmək istədim”.

anews.az milli.az-a istinadən xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

Onun sözlərinə görə, 3-cü sinif üçün nəzərdə tutulan "Qiymətləndirmə” adlı kitabda yol hərəkəti ilə bağlı suallarda ciddi səhvlər var: "Bu kitabda yol hərəkətinə dair 6-cı və 7-ci suallara baxın. 6-cı sualın düzgün cavabı variantlar arasında, ümumiyyətlə, yoxdur. Həm də variantların hamısında terminoloji səhv var. 7-ci sual isə lap "gül vurmaq”dır. Sən demə, işıqfor da nişandır, biz bilmirik...”


Ekspertin fikrincə, məktəb dərsliklərində belə səhvlərə yol verilməsi cəmiyyət üçün təhlükəlidir: "Bu ktabın 7 müəllifi var. Bilmirəm, onlardan sürücülük hüququ olan var, ya yox? Məncə, zəif sürücü də bu səhvlərə yol verməməlidir. Əsas problem isə bu deyil, yanaşma tərzidir. Belə elementar səhv kitabda necə dərc oluna bilər? Məsuliyyət hissimizi bu qədərmi itirmişik? Belə yanaşma ilə biz hara gedirik, nəyə nail oluruq?!”
 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol