• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir ərazidə rahat gediş-gəliş təmin olundu

Daha bir ərazidə rahat gediş-gəliş təmin olundu
06.10.2017 14:10
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də, "Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində (daş bazarı) olan yol təmir edilib.

"Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, təmir işləri "Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində təqribən 500 m-lik və Baş Dövlət Yol Polisinin stasionar postuna qədər olan 250 m-lik məsafəni əhatə edib.

Ərazidə aparılan təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatı frezlənərək, kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq, çıxarılıb və yararlı material tökülərək, kipləşdirmə işləri aparılıb. Bəzi ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi məqsədi ilə işlər görülüb.
 
Yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə, təmir işlərinin aparıldığı sahə 17 min m2-ə yaxındır.

Qeyd edək ki, bütün işlər "Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında və yüksək keyfiyyətlə aparılıb. İşlər ümumi hərəkətə maksimal dərəcədə mane olmamaq şərti ilə qısa müddət ərzində aparılaraq, yekunlaşdırılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol