• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda xatirə lövhələrini oğurlayan şəxslər tutulub

Bakıda xatirə lövhələrini oğurlayan şəxslər tutulub
07.10.2017 15:54
Şair İslam Səfərlinin və tarix elmləri doktoru Məmmədəli Şəriflinin xatirə lövhələrini oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən anews.az-a verilən məlumata görə, xatirə lövhələrini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Müşviq Axundov və Hüseyn Abbasov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıb. Saxlanılan şəxslər ifadələrində oktyabrın 2-də Yasamal rayonu ərazisində Filologiya elmləri doktoru Abbas Zamanovun latundan hazırlanmış xatirə lövhəsini oğurlamağa cəhd göstərdiklərini də bildiriblər.

Araşdırmalar zamanı müəyyən edilib ki, dəstə üzvləri oğurladıqları xatirə lövhələrini metal qəbulu məntəqələrinə satıblar.

Əməliyyat tədbirinin davamı olaraq həmin lövhələri alan metal qəbulu məntəqəsinin sahibi də müəyyən edilərək məsuliyyətə cəlb edilib. Dəstə üzvü olan K.Əhmədovun ətrafında aparılmış əlavə əməliyyat tədbirləri ilə, onun, oktyabrın 4-də 150 saylı tam orta məktəbin həyətində ucaldılmış Milli Qəhrəman Faiq Rzayevə məxsus büstün yazılı lövhəsini oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol