• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha bir dərs vəsaiti biabırçılığı

Azərbaycanda daha bir dərs vəsaiti biabırçılığı
09.10.2017 12:17
Tarix dərsliyində Azərbaycanın "Böyük Ermənistan”ın tərkib hissəsində göstərilməsi biabırçılığının yaratdığı gərginlik aradan qalxmamış, bu sahədə daha bir neqativ hal aşkarlanıb.

Anews.az Bakupost.az-a istinadən xəbər verir ki, ibtidai siniflər üçün nəzərdə tutulan dəftərlərin üstündə dahi Azərbaycan şairi Nizami Gəncəvi fars ədəbiyyatının nümayəndəsi kimi göstərilib

Məktəb və ofis ləvazimatlarının istehsalı və satışı ilə məşğul olan "Oyal” şirkəti tərəfindən təqdim olunan bu dəftərlər ölkənin, demək olar ki, bütün məktəblərində istifadə olunur.  Dəftərin üz qabığında Nizami Gəncəvinin fotosu verilib və onun haqqında olan qısa məlumatda aşağıdakı cümlələr qeyd olunub: "Əbu Məhəmməd ibn Yusif daha çox Nizami Gəncəvi ləqəbi ilə tanınır. Orta əsrlər şərqinin ən böyük şairlərindən biri, fars epik ədəbiyyatının ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır”.

Məlum olduğu kimi, dərs vəsaitlərinin çapı Təhsil Nazirliyinin nəzarəti ilə həyata keçirilir.

Qeyd edək ki, Nizami Gəncəvinin fars şairi, onun əsərlərinin fars ədəbiyyatının incisi kimi təqdim olunması həmişə böyük qalmaqala səbəb olub. İran dövləti birmənalı olaraq, onu fars ədəbiyyatının nümayəndəsi kimi təqdim edir. Lakin ədəbiyyatşünaslığa görə, ədəbi əsərin milli olması üçün yalnız onun dili kifayət etmir. Hər bir əsəri milliləşdirən ruh, məna və məzmundur. Vaxtilə finlərin məşhur vətənpərvər şairləri əsərlərini İsveç dilində yazıblar. İrlandiya ədəbiyyatının müəyyən hissəsi ingilis dilində yazılıb. XVIII əsrdə fransız olmayan yazıçılar əsərlərini fransız dilində yazırdılar. Çünki bu, elm və ədəbiyyat dili idi. İslam şərqində isə bu dəyəri fars dili daşıyıb.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol