• $
  • €
  • ₽
  • ₺
  • £

Məleykə Abbaszadə: “Son 10 ildə dəyişikliklər olub”

Məleykə Abbaszadə: “Son 10 ildə dəyişikliklər olub”
09.10.2017 12:44
Son 10 ildə Azərbaycanda keçirilən qəbul və buraxılış imtahanlarında olan gender bərabərliyində dəyişikliklər baş verib.

APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorları Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, qəbul və buraxılış imtahanlarında hər bir fənn üzrə qızların orta statistik nəticələri oğlanlara nisbətən daha çoxdur.

Onun sözlərinə görə, müəyyən müddət öncə ən yuxarı və ən aşağı nəticə göstərənlər arasında oğlanlar üstünlük təşkil edib. Lakin son 10 ildə bu tendensiyanın dəyişdiyini deyən M.Abbaszadə qeyd edib ki, artıq imtahanlarda yüksək nəticə göstərənlər arasında qızların sayı artıb: "Gender bərabərliyi humanitar və texniki sahələr üzrə də  bölünüb. Elə ki, qızlar humanitar və oğlanlar isə texniki sahələrə daha çox üstünlük verib. Ötən 10 il Azərbaycanda bu tendensiya da dəyişib. 2016-cı ildə buraxılış imtahanlarının nəticələrinə əsasən elə universitetlər var ki, orada oğlanlar üstünlük təşkil edir. Məsələn, Azərbaycan Texniki Universiteti tələblərinin 79%-i oğlanlar, 20%-i qızlardır. Azərbaycan Dövlət Dəniz Akademiyasına ötən il 308 oğlan, 1 qız qəbul olub. Həmin ali məktəb yalnız oğlanlar qəbul edir, orada təhsil almaq istəyən qız isə ərizə yazaraq orada təhsil alır. Ölkədə magistraturaya daha çox xanımlar gəlir. Rezidentura pilləsində-tibb sahəsində qızların sayı kifayət qədər çoxdur. Qızlar müəyyən ixtisasları seçmir, məsələn hər il həkim-narkoloq ixtisasında yerlər boş yer qalır. Oğlanların isə müvafiq balı çatmadığından bu yerləri seçə bilmirlər. Ali məktəblərin dövlət sifarişli yerlərinə qızlar daha çox qəbul edilir. Amma ödənişli ixtisaslara daha çox oğlanlar qəbul olunur. Həmin balla qızlar orta ixtisas təhsili müəssisələrində təhsil alırlar. Bu da ailələrin təsiridir, çünki onlar ödənişli ixtisaslarda qızlara nisbətən oğlanlarının təhsil almasına üstünlük verirlər”.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol