• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirliyə 7 milyondan çox müraciət edilib

Nazirliyə 7 milyondan çox müraciət edilib
10.10.2017 20:45
Son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron xidmətlərinə yarım milyondan çox müraciət qeydə alınıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, son illərdə ƏƏSMN tərəfindən həyata keçirilən sistem xarakterli islahatlar nazirliyin fəaliyyət sahələrinin avtomatlaşdırılmış infrastruktur əsasında formalaşmasına, əhalinin bu sahələr üzrə xidmətlərdən elektron qaydada, real vaxt rejimində, çevik və şəffaf şəkildə istifadəsinə şərait yaradıb.

Hazırda ƏƏSMN tərəfindən 30-a yaxın elektron xidmət fəaliyyət göstərir ki, təkcə ötən ay bu e-xidmətlərə keçən ilin sentyabr ayı ilə müqayisədə 20,7 faiz çox olmaqla 520 205 müraciət qeydə alınıb. Nazirliyin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti yenə də nazirliyin ən çox istifadə olunan e-xidməti olub. Sentyabr ayında bu e-xidmətə 212 161 dəfə müraciət edilib. Eləcə də əhali "Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətinə 32 904 dəfə, "Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətinə isə 29 362 dəfə müraciət edib.

Ötən ay "İş yerinə dair arayış”, "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, "Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, "Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, "Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, "Sığortaolunanlara məlumatların verilməsi” və s. e-xidmətləri də daha çox müraciətin qeydə alındığı e-xidmətlər sırasında olublar. Həmçinin "Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, "Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, "Pensiya kalkulyatoru”, "Pensiyaçıya məlumatın verilməsi” və digər e-xidmətlərə sentyabr ayında da böyük ictimai maraq müşahidə edilib.

Ümumilikdə cari ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 7 milyon 6 min 738 müraciət qeydə alınıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol