• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Bu, icra hakimiyyətlərinə dərs olar

Deputat: Bu, icra hakimiyyətlərinə dərs olar
11.10.2017 13:46
"Əgər hər hansı sahibkara bölgələrdə turizmin inkişaf etdirilməsi üçün yerli icra hakimiyyəti tərəfindən süni maneələr yaradılırsa və qeyri-rəsmi nələrsə tələb edilirsə, onlar  müvafiq orqanlara şikayət edə bilərlər. Bu, həm də vətəndaş aktivliyinin nümunəsi ola bilər. Həmçinin bu fikirdə olan başqa adamlara da dərs olar”.

Anews.az xəbər verir ki, bunu Qafqazinfo-ya açıqlamasında deputat Musa Quliyev ölkə başçısının Nazirlər Kabinetinin iclasında yerli icra hakimiyyətlərinin sahibkarlara turizmin obyektləri açması üçün yer ayırmaları ilə bağlı verdiyi tapşırıqdan danışarkən vurğulayıb. 

Deputat  qeyd edib ki, prezident Nazirlər Kabinetinin müşavirəsi zamanı çıxışında turizmin inkişafı ilə bağlı tövsiyələrini verib: "Bildirdi ki, yay aylarında bölgələrdə turist sıxlığı müşahidə edilir. 

Bu, yaxşı haldır. Digər tərəfdən, turizm obyektlərinin sayı az olduğuna görə bölgələrdə turistlər bu imkanlardan istifadə edə bilmirlər.  Ona görə də müvafiq qurumlara tapşırdı ki, bu sahədə işlər daha da yaxşılaşdırılsın. 

Hesab edirəm ki, cənab prezidentin bu tapşırığından nəticələr çıxarılacaq. Təkcə yerlərin ayrılması ilə kifayətlənməyəcək, həm də infrastrukturun yaradılmasında dövlət orqanları sahibkarlara kömək etsələr, yaxşı olar. Ayrılan yerlərə kommunal xətlərin çəkilməsi müvafiq  dövlət orqanları tərəfindən həyata keçirilərsə, bu da turizmin inkişafına öz dəstəyini verə bilər. Xüsusən, bu sahəyə kreditlərin ayrılması inkişafa öz dəstəyini verə bilər. Cənab prezident bundan əvvəlki çıxışlarında da vurğulamışdı ki, ölkədə 1-2 ulduzlu turizm obyektləri çatışmır. Onların tikilməsi  üçün sahibkarlara yerli icra hakimiyyəti orqanları, o cümlədən müvafiq qurumlar tərəfindən kömək göstərilməlidir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol