• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın uzunömürlülük xəritəsi hazırlanıb

Azərbaycanın uzunömürlülük xəritəsi hazırlanıb
11.10.2017 22:45
Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutu tərəfindən statistik məlumatlar əsasında Azərbaycanın demoqrafik (uzunömürlülük) xəritəsi hazırlanıb.
 
İnstitutun direktoru Ulduz Həşimova APA-ya açıqlamasında bildirib ki, bu yaxınlarda yeni xəritə ictimaiyyətə təqdim ediləcək. Onun sözlərinə görə, xəritənin hazırlanması zamanı Azərbaycanın müəyyən bölgələrində uzunömürlülük populyasiyasının, fenomeninin doğrudan da mövcud olmasına dair  maraqlı faktlar aşkarlanıb. U.Həşimova qeyd edib ki, ölkədə uzunömürlülərlə bağlı belə tədqiqatlar ilk dəfə 1979-cu ildə aparılıb, ondan sonra belə tədqiqat olmayıb: "Keçmiş SSRİ Elmlər Akademiyası tərəfindən uzunömürlü insanların yaşadığı regionlar öyrənilmişdi. Bizim bu gün apardığımız tədqiqatlar əvvəllər alınan nəticələri bir daha təsdiqləyir. Yəni, müəyyən regionlarda uzunömürlülük fenomeni tarixən müşahidə olunur”.
 
U.Həşimova vurğulayıb ki, Azərbaycanın bəzi rayonlarında başqa regionlara nisbətən əhalinin orta ömür müddəti daha yüksəkdir. Onun sözlərinə görə, belə regionlar arasında xüsusilə dağlıq zonalar üstünlük təşkil edir: "Uzunömürlüyün ən yüksək göstəriciləri Dağlıq Qarabağın ən yüksək dağlıq ərazisi olan Şuşa, Xocavənd, aran zonalarından Ağdam rayonunda müşahidə olunub. Həmin regionlardan olan insanlar müharibə stressini yaşasalar da, onların təbii potensialları bu gün məskunlaşdıqları ərazilərdə uzunömürlü həyat sürmələrinə şərait yaradır. Uzunömürlülüklə bağlı nisbətən aşağı göstəricilər cənub zonası, Azərbaycanın şimal-qərb bölgəsi, İsmayıllı rayonu ərazisi ilə bağlı qeydə alınıb. Sadalanan bölgələrdə insanlar kütləvi şəkildə 90 və ondan yuxarı yaşlara çatırlar. Belə insanlar aktiv həyat sürür, düzgün qidalanır və genetik potensial onların bu yaşa rahat çatmasına imkan yaradır”.
 
İnstitut direktoru əlavə edib ki, uzunömürlülüklə bağlı ən aşağı göstəricilər Abşeron ərazisində qeydə alınıb. U.Həşimovanın sözlərinə görə, bunun səbəbləri arasında ətraf mühitin çirklənməsi, qida rejimi, stress vəziyyətləri və digər amillər var.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol