• $
  • €
  • ₽
  • ₺
  • £

Küçədə satılan peraşkilərlə bağlı AÇIQLAMA

Küçədə satılan peraşkilərlə bağlı AÇIQLAMA
11.10.2017 17:15
Bakıda yol kənarlarındakı köşklərin qarşısında insanların toplaşıb, peraşki yediyini görmək adi haldır. Toz-torpaqlı paytaxt havasında üzərində kifayət qədər yağ olduğu üçün havada uçuşan tozun asanlıqla üzərinə yapışdığı qutabları, peraşkiləri yeyənlərin yol verdiyi qeyri-gigiyenik hərəkətlər bununla bitmir. Onların hamısı dişlədikləri qutabları balaca bir qabda ortaya qoyulan eyni tamat sousuna batırırlar. Bu kimi halları xüsusilə günorta saatlarında daha çox müşahidə etmək mümkündür. Bu cür qidaları şəhərin küçələrində satanlara da rast gəlmək olur.

Anews.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov Report-a bildirib ki, hazırda heç bir yoxlama aparılmadığından baş verən neqativ hallarla bağlı məlumat yoxdur: "Bununla yanaşı, peraşkilərin, qutabların eyni qabda olan sousa batırılıb-yeyilməsi gigiyenik qaydaların pozulmasıdır. Gigiyenik tələblərin pozulması insanlarda xəstəliklərin yayılmasına səbəb ola bilər. Ümumiyyətlə, peraşki və qutabların təkrar yağda qızardılması, tomat sousunun birlikdə istifadə olunması yolverilməzdir. Əgər bitki məşəli yağdan istifadə olunursa, ilk istifadədən sonra atılmalıdır. Təkrar istifadəsi yolverilməzdir".

Həkim-terapevt İbrahim Əfəndiyev isə bildirib ki, açıq havada, plastik qablarda peraşki və qutabların saxlanması, istifadə olunması yolverilməzdir. Onun sözlərinə görə, bu cür qidaların bişirilmə qaydası da sanitariya qaydalarına uyğun gəlmir: "Məhsulun xəmirinin harada və kimlər tərəfindən necə hazırlandığı bilinmir. Yağlar bir dəfə qızartmadan sonra atılmalıdır. Amma hazır peraşkilərin üzərinə yapışmış qara nöqtələr yağların təkrar-təkrar istifadəsinin göstəricisidir. Bunlar da güclü toksiki təsirə malikdir. Gələcəkdə həm beyin sisteminə, həm damarların divarlarına mənfi təsir göstərir".

Həkim bildirib ki, qutabın içinə qoyulan məhsulların da haradan gətirildiyi bilinmir: "İnsanlar ac olduqları üçün bu məhsullarla qidalanır. Nəticədə isə bütün orqanizm ziyan görür".  

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol