• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 1 milyon manat qiyməti olan maşınlar kimlərindir?

Azərbaycanda 1 milyon manat qiyməti olan maşınlar kimlərindir?
11.10.2017 23:06
Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda bahalı avtomobillərə maraq var. Əsasən paytaxt küçələrində göz oxşayan bu avtomobilləri görmək mümkündür. Bəs görəsən Azərbaycanda ən bahalı avtomobillər hansılardır?

Modern.az xəbər verir ki, məsələ ilə bağlı danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib ki, Azərbaycana avtomobillər iki istiqamətdə gətirilir: bir rəsmi nümayəndəliklər, bir də ayrı-ayrı şəxslər tərəfindən gətirilir.
"Azərbaycanda dəyəri 1 milyon manata yaxın, hətta 1milyon manatdan yuxarı avtomobillər var. Rəsmi servislərdən "Mercedes Benz” firmasına aid olan 6300 kubmetrlik "S klass” modelinin qiyməti təxmini 350 min manatdan başlayır. Eyni zamanda "Galendevagen” markasının qiyməti də kifayət qədər yüksəkdir.


Rəsmi servis tərəfindən gətirilən həmin avtomobillərin qiyməti 300 min manatdan başlayır. BMW markasının 7-ci seriyadan olan avtomobillərinin qiyməti təxminən 280 min manatdan başlayır. Rəsmi servislər tərəfindən gətirilən "Porsche”, "AUDİ”, "Lexus” kimi markalarının bəzi modellərinin qiyməti 200 min manatdan başlayır. Amma nümayəndəliyi olmayan şəxslər tərəfindən Azərbaycana gətirilən elə nəqliyyat vasitələri var ki, onların dəyəri 400-500 min manat və bəzən daha bahadır”.


R. Osmanlı bildirib ki, avtomobillərin Azərbaycana gətirilməsində hər hansı bir məhdudiyyət yoxdur.


"Azərbaycan qanunvericiliyində dəyər ifadəsində məhdudiyyət olmur. Avtonəqliyyat vasitələrinin dəyərindən və mühərrik həcmindən asılı olaraq onlara tətbiq edilən gömrük və vergi rüsumları var. Həmin rüsumlar qanunvericiliklə tənzimlənir və burada avtonəqliyyat vasitələrinin dəyəri ilə bağlı hansıda məhdudiyyət mövcud deyil”.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol