• $
  • €
  • ₽
  • ₺
  • £

Saatlıda qadınların sosial-psixoloji problemləri müzakirə edilib

Saatlıda qadınların sosial-psixoloji problemləri müzakirə edilib
12.10.2017 14:28
"Qadın Liderliyi Uğrunda” İctimai Birliyi (QLUB) "Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi çərçivəsində Saatlı rayonunda bir qrup qadınla görüş təşkil edib.

"Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” mövzusunda keçirilən görüşdə ölkədəki ümumi sosial-iqtisadi vəziyyət, qadınların sosial-psixoloji problemlərinin əsasını təşkil edən amillər, onların öz rifahını yaxşılaşdırmaq istiqamətində görəcəyi işlər müzakirə olunub.

QLUB sədri Ülkər Abdullayeva layihənin hədəflərindən və mövzu ilə bağlı cəmiyyəti narahat edən məsələlərdən danışıb. Qeyd edib ki, son illərdə neftin qiymətlərinin aşağı düşməsi, milli valyutanın devalvasiyası və qiymət artımı ölkə əhalisinin maddi-iqtisadi, eləcə də sosial-psixoloji vəziyyətinə mənfi təsir göstərib. İş yerlərində baş verən ixtisarlar, gəlirlərin azalması, bu fonda bank borclarını ödəmək imkanlarının məhdudlaşması əhalinin sosial güzəranını qismən ağırlaşdırıb. Nəticədə qadın cinayətkarlığının və intiharların sayı artmağa başlayıb ki, bu da üçüncü sektoru narahat etməyə bilməz.

"Biz qadınları böhranlı vəziyyətdən, depressiyadan və intihar meyllərindən xilas etməyə cəhd göstəririk. Depressiyadan çıxmağın, problemlərdən xilasın ən yaxşı yolunun intihar deyil, əmək, peşələrə yiyələnmə və yardım üçün doğru qapıları döymə olduğunu təlqin etməyə çalışırıq” – deyə Ü.Abdullayeva bildirib.

O, Saatlıq rayonunda qadınların bir neçə istiqamətdə öz biznesini yaratmaq imkanlarını qeyd edib.

Qadın problemləri üzrə ekspert Aynur Zamanova isə həyatdan misallar gətirməklə sosial-psixoloji problemlərdən çıxmağın yollarını sadalayıb.

Layihə əməkdaşları Saatlı xanımlarının başlıca problemlərinin nədən ibarət olduğunu soruşublar. Həmin problemlərin həlli yollarını izah ediblər və motivasiya nitqləri söyləyiblər.

Saatlı rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşı, rəssam Sürəyya Zeynalova müzakirə mövzusu olan problemlərin əsasının əslində 90-cı illərdə Azərbaycan kəndlilərinin torpaqdan qopması ilə qoyulduğunu deyib. O, qeyd edib ki, insanlar bərəkətli Mil-Muğan torpaqlarını qoyub paytaxta üz tutdular. Kənddən qopdular, şəhərdə isə öz həyatlarını qura bilmədilər. Nəticədə həyatda özünü tapa bilməyən insan nəsli formalaşmağa başladı. Zeynalovanın fikrincə, sosial gərginlik, işsizlik, maddi imkansızlıq ailələrdə ardı-arası kəsilməyən qalmaqallara səbəb olur. Əsəbləri gərilən insanlar ya başqasına əl qaldırır, ya da öz həyatlarına qıyırlar.

V.Əsgərov adına 4 saylı məktəbin direktoru Təranə Babayeva isə Saatlı rayonunda iki uşağı ilə birlikdə özünü körpüdən ataraq intihar edən qadının faciəsinin köklərini anladıb: "Ona nə ər evində, nə də ata evində sahib çıxan olmayıb. Gedəcək yeri, yaşama gücü qalmayan qadın düşünüb ki, daha heç kəsə lazım deyil, ona sahib çıxmayanlar, onun övladlarına da sahib çıxmayacaqlar. Beləcə, uşaqlarını da özü ilə o biri dünyaya aparmaq qərarına gəlib”. Pedaqoq cəmiyyətin qadına sahib çıxmamasının acı nəticələr doğurduğunu deyib.

Görüşdə digər xanımların da problemin həlli istiqamətində fikir və təklifləri dinlənib. Onlar bu cür maarifləndirici tədbirlərin rayonun bütün kəndlərində keçirilməsinin vacib olduğunu vurğulayıblar.

Qeyd edək, sözügedən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib. Layihənin məqsədi həssas qadın qruplarının sosial-psixoloji böhrandan çıxmasına yardım göstərmək və motivasiya yolu ilə onları inkişafa istiqamətləndirməkdir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol