• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi minimum normaları ləğv etdi

Təhsil Nazirliyi minimum normaları ləğv etdi
13.10.2017 12:47
"Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar" ləğv olunub. 

Anews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib.  

Qərarda göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli fərmanına və Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 25 iyun 2010-cu il tarixli qərarına əsasən, 2010/2011-ci tədris ilindən başlayaraq, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilir və ali təhsil müəssisələrində kadr hazırlığı dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipinə uyğun müəyyənləşir.

Hazırda dövlət sifarişi ilə kadr hazırlığı həyata keçirilən dövlət ali təhsil müəssisələri öz maliyyə-təsərrüfat fəaliyyətlərini müvafiq olaraq dövlət sifarişi və ödənişli əsaslarla kadr hazırlığından, eləcə də, qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən əldə olunan büdcə və büdcədənkənar vəsaitlər hesabına sərbəst şəkildə təmin edir.

Eyni zamanda, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il tarixli qərarına əsasən, "Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində yeni vəzifə maaşlarına və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 12 sentyabr 2008-ci il tarixli  qərarı ləğv edilib. Belə ki, hazırda dövlət sifarişi ilə kadr hazırlığı həyata keçirilən dövlət ali təhsil müəssisələrində çalışan bütün işçilərin əməkhaqqı müəssisənin rəhbəri ilə işçi arasında mövcud əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, bağlanmış müqavilə əsasında sərbəst müəyyənləşdirilir.  

Göstərilənləri və ali təhsil müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin normal təşkilini təmin etmək məqsədilə Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib ki, Təhsil Nazirliyinin 1997-ci il 4 aprel tarixli əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyi tərəfindən 1997-ci il 23 aprel tarixli 44 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış "Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar” ləğv edilsin.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol