• $
  • €
  • ₽
  • ₺
  • £

Nar yeyək və arıqlayaq

Nar yeyək və arıqlayaq
15.10.2017 12:22
Narın tərkibində çoxlu mineral və vitaminlərin, karbohidratıarın və az miqdar yağın olmasına görə faydalı sayılır. Bundan başqa narın tərkibində az miqdar zülal və kalori vardır. Bu meyvənin tərkibində bol vitamin və az kalori olduğuna görə bəzi dietoloqlar nar vasitəsilə arıqlamaq metodundan istifadə edirlər.

İmmunitet.az bildirir ki, nar dietası saxlayan zaman tək narın özündən və ya narla başqa meyvələrin qarışığından istifadə etmək mümkündür. Bu dieta zamanı çay, kofe, su və digər şirələrdən istifadə etmək mümkündür. Amma çox qida qəbulu yol verilməzdir. Bəzi dietoloqlar bu dietanı sərt bir dieta adlandırırlar. Ancaq nəzərə alsaq ki, narın tərkibində insanın gündəlik qidasındaki karbohidrat, vitamin, mineral balansını ödəyəcək maddələr var, bu dietaya sərt dieta adı vermək olmaz.

Nar dietası zamanı qida qəbulu azaldığına görə orqanizmin zəiflədiyi və immunitetin aşağı düşməsi barədə düşünmək çox yalnışdır. Çünki nar şirəsi vitamin balansını ödəməklə yanaşı, antioksidant xüsusiyyətinə görə orqanizmi müxtəlif infeksiya və xəstəliklərdən qoruyur. Bəs nar dietası zamanı nə yeməli?
Səhər yeməyi - yağsız pendir, soyutma yumurta, çay.

Günorta yeməyi - dərisi soyulmuş və suda bişmiş yağsız toyuq.

Axşam yeməyi - müxtəlif meyvələr, yatmazdan əvvəl kəsmik.

Nar şirəsi gün ərzində 7-8 dəfə hər dəfə 150-200ml qəbul edilir. Bu bir həftəlik qida rasionudur.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol