• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda polisləri güllələyən iş adamının qardaşı çıxdı – Şok təfərrüat

Bakıda polisləri güllələyən iş adamının qardaşı çıxdı – Şok təfərrüat
15.10.2017 16:09
Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Muşviq Mədətova hücum edən "Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşı Emil Həsənov olub.

Turkustan.info xəbər verir ki, məlumatlı mənbələrdən virtualaz.org-a bildirilib ki, onun avtomobilini təqib edən polislərə də o atəş açıb. Xatırladaq ki, atışma zamanı Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadə yaralanıb.

Cinayətin motivləri bəlli deyil.

Qeyd edək ki, "Transgeyt” Açıq Səhmdar Cəmiyyəti Bakıda onlarla avtobus marşrutuna nəzarət edirdi. 2015-ci ildə şirkət faktiki olaraq müflis oldu.
Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadənin yaralandığı hadisənin təfərrüatlarına gəlincə, məlumatlı mənbələrdən saytımıza bildirilib ki, O.Axundzadə və 9-cu Polis Bölməsinin rəisi Elsevər Qədirov salonunda şübhəli şəxslərin olduğu "Toyota Prado” avtomobilini təqib ediblər.
Qara Qarayev prospektindəki "Ruslan 93” idman kompleksinin yaxınlığında Orxan Axundzadə "Toyota Prado” avtomobilinə yaxınlaşıb. Bu vaxt maşında olan üç nəfərdən biri polislərə "Vinçester” markalı tüfəngdən atəş açıb və onu yaralayıb.

Polis əməkdaşları ilə cinayətkarlar arasında atışma başlanıb. Cinayətkarlar aradan çıxmağı bacarıblar.

Bu dəqiqələrdə hüquq-mühafizə orqanlarından "Qafqazinfo”ya verilən məlumata görə, cinayətkar dəstə üzvləri saxlanılıb.

Bu barədə yaxın saatlarda DİN-in geniş açıqlaması olacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol