• $
  • €
  • ₽
  • ₺
  • £

Özlərini partladan kəşfiyyatçılarımızın dəfnindən 20 il ötür

Özlərini partladan kəşfiyyatçılarımızın dəfnindən 20 il ötür
16.10.2017 12:43
Bu gün II Fəxri xiyabanda Azərbaycanın 7 nəfər xüsusi təyinatlı kəşfiyyatçısının torpağa tapşırılmasının 20 illiyi ilə əlaqədar anım mərasimi keçirilib.

Anews.az Report-a istinadən bildirir ki, anım mərasimində kəşfiyyat rupunun rəhbəri olmuş polkovnik Xətai Baxışov, kəşfiyyat qrupunda iştirak etmiş Aqil Əhmədov, general-mayor Mayıs Barxudarov, qazi Rey Kərimoğlu, Aprel döyüşlərinin qaziləri və şəhidlərin yaxınları iştirak ediblər.

Onlar şəhidlərin məzarı üzərinə tər güllər qoyublar.

X.Baxışov bildirib ki, 1997-ci il aprelin 7-də 8 nəfərdən ibarət Azərbaycan kəşfiyyatçısı cəbhənin Füzuli rayonu istiqamətində döyüşlərdə iştirak edib. O qeyd edib ki, döyüşçülər erməni mühasirəsinə düşsə də, üç gün təslim olmayıblar: "Aprelin 10-da isə kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edir. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. Bu zaman 8 nəfər heyətdən ibarət olan qrupun 7 üzvü şəhid olur. Həmin hərbçilərimizdən yalnız Aqil Əhmədov ağır yaralanaraq, huşsuz vəziyyətdə əsir götürülür. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində şəhidlərimizin nəşini 6 aydan sonra ermənilərlə dəyişə bildik. 1997-ci il oktyabr ayının 16-da onları dəfn etdik".

Kəşfiyyat qrupunun sağ qalan üzvü Aqil Əhmədov isə xatırladıb ki, 1997-ci ilin aprel ayında Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi tərəfindən verilmiş tapşırıq əsasında, düşmən arxasında xüsusi döyüş tapşırığı yerinə yetirən zaman 7 kəşfiyatçımız şəhid olub: "Mən həmin döyüşdə ağır yaralanmışam və ermənilər tərəfindən hüşsuz vəziyyətdə əsir götürülmüşəm. Bir il on bir ay erməni əsirliyində qalmışam. Valideynlərimin və yaxınlarımın ulu öndər Heydər Əliyevə müraciətindən sonra isə dövlət səviyyəsində dəyişdirilərək, Vətənə qaytarılmışam. Hazırda birinci qrup Qarabağ müharibəsi əliliyəm. Döyüş yoldaşlarıma Allah rəhmət eləsin".

Sonra şəhidlərin yaxınları və övladları çıxış edərə, onlar haqqında xatirələrini bölüşüblər.

Şəhid olmuş 7 kəşfiyatçının hamısı Azərbaycan Bayrağı ordeni ilə təltif edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol