• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ: “Maşın şou”da küçə danışıq tərzindən istifadə olunur

MTRŞ: “Maşın şou”da küçə danışıq tərzindən istifadə olunur
16.10.2017 15:19
"Çox təəssüf ki, "Maşın şou” verilişində iştirakçılar arasında bir-birinə qarşı qeyri-mədəni davranışlar, aqressivlik halları müşahidə olunur. Efirdə ədəbi dillə bağlı problemin aktual olduğu bir şəraitdə şouda vulqar ifadələrdən, küçə danışıq tərzindən istifadənin baş alıb getməsi narahatlıq yaradır”.
 
Bunu APA-nın sorğusuna cavab olaraq Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, iştirakçılar bir çox hallarda qarşılıqlı yersiz ittihamlara yol verməklə efir etikasına zidd situasiya yaranmasına səbəb olurlar: "Təəssüf ki, aparıcı bu cür halların qarşısının alınmasına çalışmır. Bütün bunlar isə tamaşaçılara qarşı hörmətsizlikdir. Adətən qalmaqallı davranışları ilə tanınan şou-biznes nümayəndələrinin, bəzi jurnalistlərin, aktyor və aktrisaların məqsədyönlü şəkildə şouda iştirakı neqativ hallara səbəb olur”.
 
Şöbə müdiri qeyd edib ki, şounun iştirakçılarının düzgün seçilməsinə və ümumilikdə şounun teleradio yayımı haqqında qanunvericiliyin tələbləri çərçivəsinə salınmasına ciddi ehtiyac var: "Hiss olunur ki, şounu hazırlayan prodakşn yayımçıya öz şərtlərini diktə etməkdədir. "Maşın şou”da sponsor reklamlarının həddən artıq olması da diqqəti cəlb edir. Şouda bəzən sponsor reklamı qanunvericilikdə müəyyənləşdirilmiş normadan 7-8 dəfə çox verilir. Bütün bunlar monitorinq qrupunun diqqətindədir və müvafiq şəkildə arayışlar tərtib olunur”. 
 
Qeyd edək ki, "Maşın şou” verilişi ATV telekanalında yayımlanır. Verilişin aparıcısı Murad Dadaşovdur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol