• $
  • €
  • ₽
  • ₺
  • £

“Qadın Liderliyi Uğrunda” İB jurnalistlər üçün ən yaxşı məqalə müsabiqəsinin nəticələrini elan edir

“Qadın Liderliyi Uğrunda” İB jurnalistlər üçün ən yaxşı məqalə müsabiqəsinin nəticələrini elan edir
16.10.2017 16:14
"Qadın Liderliyi Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi çərçivəsində "Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” mövzusunu əhatə edən ən yaxşı məqalələrin müsabiqəsini elan edib.

Müsabiqə 05 avqust-05 oktyabr tarixlərini əhatə edib. 05 oktyabr – 15 oktyabr tarixlərində müsabiqədə iştirak edən məqalələrin ekspert qiymətləndirilməsi həyata keçirilib.

Müsabiqəyə 22 məqalə təqdim edilib. Qiymətləndirmə iki mərhələdə aparılıb. Birinci mərhələdə məqalələrin müsabiqə şərtlərinə uyğunluğu araşdırılıb. Şərtlərə uyğun gəlməyən məqalələr ekspert qiymətləndirilməsinə buraxılmayıb. Ekspert qiymətləndirməsində müsabiqədə şərtlərə tam, ya da qismən uyğun gələn 9 məqalə iştirak edib. Ekspert qiymətləndirməsi 10 ballıq sistem üzrə aparılıb. Toplamış ən çox bal ardıcıllığına uyğun olaraq 1 məqalə 1-ci, 1 məqalə 2-ci, 3 məqalə isə 3-cü yerə layiq görülüb. Təşkilatın töhfəsi olaraq, 3-cü yerin qaliblərinə veriləcək mükafatlar bölünməyəcək. Belələliklə, müsabiqənin qalibləri bu şəxslərdir:

I yer

Həmmüəlliflər: Cəlilzadə Təranə Nadir qızı, Abbasova Şahpəri Həmzət qızı – "Sputnik Azərbaycan” portalında dərc edilən "Azərbaycan qadınları yol ayrıcında: Ya intihar, ya xilas” məqaləsinə görə

II yer

Müəllif: Cəlilova İradə Məmmədağa qızı - "Shefeq” portalında dərc olunan "Zülfiyyə intiharı yox, inkişafı seçdi, indi xoşbəxtdir” məqaləsinə görə

III yer

Müəlliflər:

1. Hüseynova Səidə Bahadur qızı - "Reytinq”, "Bakı xəbər”, "Xural” qəzetlərində, "Avrasiya” portalında dərc olunmuş "Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” məqaləsinə görə

2. İsgəndərova Nigar Mehdi qızı – "Cümhuriyyət” qəzetində və "Cebhe” portalında dərc olunmuş "Azərbaycan qadınlarının həyat dramı: Əzilən, döyülən, atılan, ölümə tərk edilənlər” məqaləsinə görə

3. Bayramova Yeganə Sahib qızı – "Şərq” qəzetində dərc olunmuş "Bir əl yetər” məqaləsinə görə

Müsabiqəyə təqdim olunan və ekspert qiymətləndirilməsinə buraxılan digər məqalələr bunlardır:

1. Ramazanov Cavid İlham oğlu – "Kultura” portalında dərc edilmiş "Azad qadın” məqaləsi

2. Vəkilova Fərqanə Allahverdi qızı – "AFN” portalında dərc edilmiş "Qısa "xoşbəxtlik”lərdən "doğulan” bədbəxt qadınlar- HƏYAT HEKAYƏSİ”

3. İbrahimov Ramid Ələsgər oğlu – "Bizim Yol” qəzetində dərc edilmiş "Evli, uşaqlı, xoşbəxt ailə” məqaləsi

4. Qasımova Elnarə Ayyət qızı – "Sumqayıtfakt” portalında "Mən güclü qadınam” məqaləsi

Qaliblərə veriləcək mükafatların həcmi belədir:

1-ci yerin qalibi – 500 AZN;

2-ci yerin qalibi – 300 AZN;

3-cü yerin qalibi - 100 AZN.

Mükafatlar qaliblərə 20 gün ərzində təqdim ediləcək. Müsabiqə ilə bağlı bütün suallara keçiriləcək təqdimat mərasimində aydınlıq gətiriləcək.

Qalibləri təbrik edirik! Müsabiqədə iştirak edən hər kəsə təşəkkür edirik!

Hörmətlə,

Ülkər Abdullayeva,

"Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol