• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur Rotşildlər ailəsi Bakıda

Məşhur Rotşildlər ailəsi Bakıda
16.10.2017 16:23
Məşhur Rotşildlər nəslinin nümayəndələri - Endi, Barbara, Şarlotta, Tibor, Daqmar, Attikus Rotşildlər Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

Əlyazmalar İnstitutundan anews.az-a verilən məlumata görə, qonaqları institutun direktoru, akademik Teymur Kərimli, müavinlər  – filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli, Paşa Kərimov, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov qarşılayıblar.

Görüşdə akademik T.Kərimli qonaqlara institutun tarixi, onun Əlyazmalar Fondundan instituta çevrilməsində mərhum prezident Heydər Əliyevin göstərdiyi xidmətlər, instituta rəhbərlik etmiş şəxslər barədə ətraflı məlumat verib. Daha sonra o, institutda qorunub-saxlanan əlyazmalar, onların toplanma, bərpa xüsusiyyətlərindən söhbət açıb. T.Kərimli əlyazmaşünas alimlərin dövlət qayğısı ilə əhatə olunduğunu da qonaqların diqqətə çatdırıb.

İnstitutun direktor müavini A.Əliyeva-Kəngərli isə çıxışında  institutda qorunub-saxlanılan əlyazmaların uzun illər ərzində toplandığını, alimlərin bu iş üçün ağır zəhmətə qatlaşdıqlarını, əldə olunan materialların öyrənilməsi və tədqiqinin mürəkkəb proses olduğunu vurğulayıb. O, hazırda institutda əlyazmaların elektronlaşdırıldığını və bu yolla dünyanın istənilən ölkəsində onlardan istifadənin asan olduğunu da qeyd edib.

Yaşadıqları ölkədə gəncləri bu sahəyə cəlb etməyin çətin olduğunu bildirən Barbara Rotşild isə Əlyazmalar İnstitutunda gördüyü mənzərədən, xüsusilə gənclərin həvəslə çalışmasından məmnunluğunu bildirib.

Qonaqlar institutun Sərgi salonunda nümayiş olunan eksponatlarla, o cümlədən Nizami Gəncəvinin "Xosrov və Şirin” poemasının ibri əlifbasındakı əlyazma nüsxəsi, farsca "İncil” və "Musa qoyun otarır” adlı nadir illüstrasiya ilə tanış olublar.

Sonda institutun direktoru, akademik T.Kərimli ibri əlifbasında olan bir sıra əlyazmaların elektron variantlarını qonaqlara hədiyyə edib.                

Endi Rotşild İnstitutun Xatirə kitabına öz ürək sözlərini yazıb.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol