• $
  • €
  • ₽
  • ₺
  • £

Yeniyetmələrə tətbiq olunacaq yeni cəzanın həddi məlum oldu

Yeniyetmələrə tətbiq olunacaq yeni cəzanın həddi məlum oldu
28.05.2020 19:55
Azərbaycanda cinayətə görə yeni tətbiq ediləcək azadlığın məhdudlaşdırılması cəza növünün yetkinlik yaşına çatmayanlara təyin ediləcəyi ən aşağı və ən yuxarı hədd məlum olub.

Anews.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin 85-ci (Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri) maddəsinə yeni bəndin əlavə edilməsi təklif edilir.

Yeni bəndə görə, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara 2 aydan 2 ilə qədər müddətə təyin ediləcək.

Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla, azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsə aşağıdakı tələblər qoyulur:

- yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

- elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək;

- məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

- cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol