• $
  • €
  • ₽
  • ₺
  • £

Arif Quliyev ölümdən döndü: “Qorxuram”

Arif Quliyev ölümdən döndü: “Qorxuram”
17.10.2017 15:57
Xalq artisti, tanınmış aktyor Arif Quliyevin səhhətindəki problemlər hələ də aradan qalxmayıb. Buna görə "Maşın şou”nu tərk edən aktyor ev şəraitində müalicəsini davam etdirir.

Yenicag.az-a açıqlama verən xalq artisti həkim nəzarətində olduğunu deyib:

"Təzyiqim 230 idi, həkimlər güclə aşağı saldılar. Beynimə qan sıza bilərdi, hələ də təhlükə sovuşmayıb. Həkimlər dedi ki, xəstəxanada yatmalısan, etiraz etdim. Çünki başıma gələn bir hadisəyə görə, xəstəxanadan qorxuram. Həkimlər mənə sistem qoşmuşdular. Yanıma gələn bir tanış sistemin şlankının üstündə oturubmuş, heç kimin də xəbəri yox. Bir də onda baxıblar ki, şlank boşdur, məhlul getmir. Necə hay-həşir düşürsə… tez həkimi çağırırlar. Deyilənə görə, həyatım təhlükə altında imiş. Allah saxladı, yoxsa sistemin altında qalacaqdım. Ona görə də mən xəstəxanadan qorxuram. Bir də xəstəxanada olanda yanıma o qədər gəlib-gedən olur ki, bilmirəm öz hayıma qalım, yoxsa gələnlərlə söhbətləşim. İndi müalicə olunuram, arada hava almaq üçün qızım qolumdan tutub həyətə çıxarır”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol