• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı tanınmış şəxsin qızı Türkiyədə həbs edildi – FOTO

Azərbaycanlı tanınmış şəxsin qızı Türkiyədə həbs edildi – FOTO
18.10.2017 10:35
Ədirnə şəhərində oğurluq hadisəsi baş verib. Oğurluqda adı hallananlardan biri azərbaycanlı qadındır.
 
Unikal.org xəbər verir ki, telefonla 11 yaşlı uşağı aldaraq atasının polis bölməsinə aparıldığını söyləyib 40 min lirə dəyərində zinət əşyaları ələ keçirənlərin məhkəməsi başlayıb. Biri qadın, 3-ü kişi olan qrup üzvləri məhkəmədə tutduqları əməldən peşman olduqlarını dilə gətiriblər.
 
Ötən il mayında bir nəfər 11 yaşlı S.E.F-yə zəng edərək atasının polis bölməsinə aparıldığını, həbs olunmaması üçün evdəki qızılları onlara verməsini söyləyib. Tutulan şəxslərdən Osman.A (26) evə gedib, 40 min lirəlik zinət əşyalarını uşaqdan aldıqdan sonra Aysel.H (25), Halil.A (23) və Reşit.A (27) ilə birikdə avtomobilə minərək oradan uzaqlaşıblar. Ata evə gəldikdən sonra uşaq aldadıldığını anlayıb. Ata oğlunu da yanına alaraq polisə gedib, şikayət edib. Bununla da oğruluqda şübhəli bilinən şəxslər tutulublar.
 
Oğrulanan zinət əşyaları Aysel.H.-nın alt paltarından tapılıb.
 
Adıçəkilən şəxslər məhkəmə qarşısında günahlarını boyunlarına alıblar. Osman A. adlı şəxs oğurluq etmələrindən xəbərsiz olduğunu, uşaqdan alınan zinət əşyaların kiməsə çatdırmaq üçün aldıqlarını zənn etdiyini deyib. Bununla da günahsız olduğunu sübut etməyə çalışıb.
 
Günahlandırılan Aysel H. da oğruluq etmələrindən xəbərsiz olduğunu dilə gətirib. Onun dediyinə görə, zinət əşyaların alt paltarında gizlətməsinə səbəb itməsin deyə olub:
 
"Polislər bizi saxlayanda qaçmaq imkanımız olmadı. Mən heç maşından da düşməmişdim. Sürücülük vəsiqəsinin olmaması ya da sürət həddini aşdığımız üçün saxlanıldığımızı düşündüm.
 
Mən qızılları alt paltarımda saxladım. Osman onu mənə verərkən əmanətdir deyə bildirmişdi. Polisə niyə bölməyə aparılırıq soruşan zaman qızılları oğurladıqlarımızı dedilər. Polisin dediyindən sonra özüm qızılları çıxardıb verdim. Azərbaycan vətəndaşıyam, yaşayış icazəsiylə Türkiyədə qalıram. Yaxşı bir işim var, bu cür hadisəyə əl ataraq risk etmərəm. Mənim ailəm Azərbaycanda tanınan insanlardandır. Maddi vəziyyətimiz çox yaxşıdır. Qızıllar itməsin deyə alt paltarımda gizlətdim. Onsuz da Osman məndən həmin qızılları geri alacağını bildirmişdi".
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol